Bakının Xətai rayonunda yanğın baş verən çoxmərtəbəli binada yerləşən uşaq bağçasında tüstüdən zəhərlənmiş bir uşaq xəstəxanaya yerləşdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Stansiyasından məlumat verilib.
“Yanğın zamanı uşaq bağçasında olan bir oğlan yanma məhsullarından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda bildirilir.
“Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cümə günü səhər Xətai rayonunda yanğın baş verən çoxmərtəbəli binada yerləşən uşaq bağçasından 50 uşağı təxliyyə ediblər. Bu barədə jurnalistlərə FHN DYMX-nin rəis müavini Rza Xudiyev məlumat verib.
“FHN-in əməkdaşları uşaq bağçasından 50 uşağı, 15 personalı və binadan 35 sakini təxliyyə ediblər”, - deyə R.Xudiyev bildirib.
Onun sözlərinə görə, yanğın binanın zirzəmisində baş verib və şaxta ilə 16-cı mərtəbəyədək qalxıb. “Yanğının mürəkkəbliyi ondan ibarət olub ki, binanın ikinci mərtəbəsində uşaq bağçası yerləşir”, - deyə o qeyd edib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət