“Emerson Process Management” şirkətinin Marketinq və Tətbiqi Texnologiya üzrə vitse-prezidenti Trevis Heskesi Bakı Ali Neft Məktəbində (BANM) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
T.Heskesi əməkdaşlıq proqramı çərçivəsində ali məktəbin rəhbərliyi, müəllim-professor və tələbə heyətinin qarşısında təqdimatla çıxış edib.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov ingilisdilli yüksək səviyyəli mütəxəssislərin hazırlanmasını Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu bildirərək deyib ki, buna misal Bakı Ali Neft Məktəbinin yaradılması, xarici neft-qaz şirkətlərlə əməkdaşlığın inkişafı və peşəkar mütəxəssisləri BANM-də tədris prosesinə cəlb edilməsidir.
Keçirilən tədbirin “Emerson” şirkəti ilə əməkdaşlıq proqramının həyata keçirilməsinin ilk praktik addım olduğunu iştirakçıların diqqətinə çatdıran rektor qeyd edib ki, bu əməkdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksəkixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcək.
Öz növbəsində “Emerson Process Management” şirkətinin vitse-prezidenti Trevis Heskesi BANM-nin rəhbərliyinə təşəkkür edərkən, bildirib ki, ali məktəbin tələbələri Azərbaycanın ən şanslı və gələcəyi parlaq insanlarıdırlar ki, məhz bu tədris ocağını seçib, ali məktəbə qəbul olunma prosesinin bütün mərhələlərini aşaraq, təcrübəli mütəxəssislərdən və müəllimlərdən müasir və yüksək biliklər alma şansını əldə ediblər.
“Proseslərin avtomatlaşdırılması sahəsinin mütəxəssisləri gələcəyin sənayə müəssisələrin beyinləri olaraq, texnoloji proseslərin lazımi səmtdə və təhlükəsiz şəraitdə keçirilməsini təmin etməkdə əhəmiyyətli rol oynayırlar”,- deyə o əlavə edib.
T.Heskesi öz çıxışında həmçinin qeyd edib ki, Azərbaycan “Emerson” şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır və şirkət bu regionda biznes fəaliyyətini maksimal dərəcədə genişləndirmək niyyətindədir. Bu baxımdan “Emerson” şirkəti, başqa şirkətlər kimi dünya ölkələrinin onlarla universitetləri ilə birgə təhsil proqramları həyata keçirir, bu layihə çəçivəsində də, BANM ilə əməkdaşlıq şirkətin ilk təcrübəsidir.
Daha sonra T.Heskesi BANM-in rəhbərliyi, müəllim-professor heyəti və tələbələr qarşısında proseslərin avtomatlaşdırılması üzrə mütəxəssislərin sənayə müəssisələrində rolu və hədəflərin, “Emerson” şirkətinin beynəlxalq fəaliyyəti, rəqəmli idarəetmə arxitekturası (Plant WebTM) və intellektual simsiz cihazlardan istifadəsi, texnoloji proseslərin təhlükəsiz idarəedilməsi haqqında geniş təqdimatla çıxış edib
Təqdimatdan dərhal sonra “Emerson” şirkətinin nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırıblar. Bundan başqa, BANM-in seçilən tələbələrinin yay təcrübəsini Türkiyədə, Rusiyada və İsveçrədə keçirilmə şansları olduğu iştirakçıların nəzərinə çatdırılıb.
Xatırladaq ki, 2014-cü ilin iyul ayının 8-də BANM və “Emerson” şirkətinin biznes-strukturlarından biri olan “Emerson Process Management” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət