Sosial və iqisadi məsələlər üzrə üçtərəfli komissiyanın yaradılması müasir dövrün son dərəcə vacib məsələlərindən biridir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov üçtərəfli sosial dialoq üzrə institusional strukturun yaradılmasına həsr olunmuş seminarda bildirib.
“Bu ilin avqust ayında Nazirlər Kabinetinə sosial və iqtisadi məsələlər üzrə üçtərəfli komissiyanın yaradılması üzrə müvafiq layihə təqdim edilib”, - deyə S.Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Beynəlxalaq Əmək Təşkilatı (BƏT) tərəfindən birgə təşkil olunmuş tədbirdə bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanda sosial islahatların həyata keçirilməsi nəticəsində son illərdə əhalinin yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.
“Ölkədə insanların rifah səviyyəsi yaxşılaşır, iqtisadiyyatda müasir texnologiyalar tətbiq edilir ki, bunlar da sağlam biznes mühiti formalaşdırır”,- deyə S.Müslümov bildirib.
O qeyd edib ki, Azərbaycan BƏT-in 58 konvensiyasına qoşulub, milli əmək qanunvericiliyinə beynəlxalq norma və standartlar daxil edilib.
“Azərbaycanda sosial dialoqun inkişafına böyük diqqət ayrılır. Sosial inkişafın vacib olması barədə razılığıa gəlmiş Nazirər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) ibarət üçtərəfli komissiyanın yaradılması bu prosesdə vacib rol oynayacaq”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, üçtərəfli komissiyanın olmaması sosial-iqtisadi sahədəki səylərin əlaqələndirilməsinə mənfi təsir göstərir.
“Beynəlxalq təcrübə göstərir ki, sosial və iqtisadi məsələlər üzrə üçtərəfli komissiya iqtisadiyyatın inkişafında çox vacib mexanizmdir. Məsələn, ölkədə minimal əmək haqqının və minimal istehlak səbətinin təyin edilməsi məsələlərinə yenidən baxılmalıdır. Qadınların əmək haqqı artırılmalıdır. Düşünürəm ki, yaradılacaq üçtərəfli komissiya sosial balansın tənzimlənməsində vacib rol oynayacaq”,- deyə S.Müslümov qeyd edib.
Nazir bildirib ki, üçtərəfli komissiya sosial-iqtisadi münasibətlərin tənzimlənməsinə, sosial sahədə qanun layihələrinin işlənib hazırlanmasına töhfə verəcək, bir çox sosial-iqtisadi məsələləri daha səmərəli həll etməyə və mövcud ehtiyatlardan daha səmərəli istifadə etməyə imkan verəcək.
“Üçtərərfli komissiyanın yaradılması istiqamətində komissiyanın statusunun, üzvlərinin sayının müəyyən edilməsi, maliyyələşdirilməsi ilə bağlı hələ bir sıra məsələlər həll edilməlidir”,- deyə S.Müslümov qeyd edib.
“BƏT Azərbaycanda iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komisisyanın yaradılmasını alqışlayır. Biz sosial dialoqun inkişafına xidmət edəcək bu orqanın Azərbaycanda yaradılması üçün əlimizdən gələni əsirgəməyəcəyik”,- deyə öz növbəsində BƏT nümayəndəsi Kamran Fanizadə bildirib.
O qeyd edib ki, Azərbaycan əmək hüquqlarını tənzimləyən 8 beynəlxalq sazişi, eləcə də 57 beynəlxalq əmək konvensiyasını ratifikasiya edib.
“Bu, Azərbaycanı bir çox ölkələr arasında müsbət mənada fərqləndirir. Öz çətinlik və üstünlükləri olan üçtərəfli dialoqun təşviqi BƏT üçün əhəmiyyətli praktikadır”,- deyə K.Fanizadə əlavə edib.
Tədbirdə, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev və başqaları çıxış ediblər.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət