Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair ikitərəfli sənədlər paketi imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Macarıstan KİV-lərinə istinadən məlumat verir.
Səfər çərçivəsində Azərbaycan prezidenti ilə Macarıstanın baş naziri Viktor Orban arasında keçirilən görüşdə iki dövlət arasında strateji əməkdaşlıq haqqında birgə bəyannamə qəbul edilib.
Görüşün yekunları üzrə müxtəlif sahələrdə əməkdaşlığa dair ikitərəfli sənədlər, o cümlədən aviasiya sahəsində hökumətlərarası saziş, gənclər, təhsil sahələrində sazişlər, iki ölkənin paytaxtları arasında sənəd və s. imzalanıb.
Azərbaycan prezidenti Macarıstana səfəri zamanı bildrib ki, dövlət başçılarının qarşılıqlı səfərləri ticari-iqtisadi münasibətlərin və mal dövriyyəsinin artımına güclü təkan verir və bu, cari ildə də müşahidə olunur.
İ.Əliyev iki ölkənin sahibkarlarının investisiya sahəsində əməkdaşlığa böyük marağının olduğunu söyləyərək, Macarıstan şirkətlərinin Azərbaycan bazarında, ilk növbədə kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi və infrastrukturun inkişafı sahələrində iştirakının vacib olduğunu vurğulayıb.
Prezident energetika sahəsində yaxşı perspektivlərin olduğunu xüsusilə qeyd edib.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət