Gənc azərbaycanlı arxeoloq Türkiyədə qısamüddətli təcrübə kursu keçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, institutun Gənc Alim və Mütəxəssislər Şurasının və Tovuz Arxeoloji Ekspedisiyasının üzvü Valeh Ələkbərov Türkiyənin İstanbul Universitetinin “Prehistoriya və Anabilim Dalı” fakültəsinin Arxeologiya bölməsinə qısamüddətli təcrübəyə göndərilib.
V.Ələkbərov Təhsil Nazirliyinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən kurs keçəcək.
O, “İstanbul Arxeologiya Muzeyi”, “Diyarbakır Muzeyi”, “Ankara Anadolu mədəniyyətləri Muzeyi”, “Van Muzeyi”, “Erzurum Muzeyi” kimi Türkiyə muzeylərindəki neolit və eneolit dövrünə aid məskənlərdən aşkarlanmış keramika nümunələri üzərində araşdırmalar aparacaq.
Gənc alim, həmçinin Cənubi Qafqazın neolit və eneolit dövrü ilə bağlı təcrübi bilikləri əsasında 6 ay müddətində universitetin müəllim və tələbə heyəti qarşısında seminarlar və mühazirələr aparacaq.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət