Beynəlxalq Elektron-Idman Federasiyasının ( IESF) prezidenti Byung Hun Jun əmindir ki, Bakıda keçiriləcək Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatı İKT sahəsinin inkişafında yeni addım olacaq.
“Digər ölkələrlə müqayisədə Azərbaycan Kompüter Oyunları üzrə Dünya çempionatına çox böyük diqqət və maraq göstərir”, - deyə IESF prezidenti Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüş zamanı bildirib.
O deyib ki, bu gün İT sahəsinin günbəgün inkişafı gənc nəsil arasında bu sahəyə marağı daha da artırır. “Əminəm ki, Bakıda baş tutacaq Kompüter Oyunları üzrə VI Dünya Çempionatı İT sahəsinin inkişafında yeni addım olacaq”,- deyə o əlavə edib.
A.Rəhimov Azərbaycanda gənclərin kompüter oyunlarına çox böyük maraq göstərdiyini diqqətə çatdırıb, bu sahədə nazirlik tərəfinədən hər il republika üzrə yarışların keçirildiyini, Bakının Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransına ev sahibliyi etdiyini bildirib.
“Ötən il Azərbaycanda gerçəkləşən Kompüter oyunları üzrə respublika çempionatında 2500-dən artıq gənc aktiv şəkildə iştirak edib. Bu gün Azərbaycanın 20% torpaqlarının işğal altında olmasından irəli gələrək, gənclərimiz tərəfindən “Şuşanın işğalı”, “Ağdamın işğalı” adlı vətənpərvərlik ruhunda kompüter oyunları işlənib hazırlanır”,- deyə nazir söyləyib.
2014-cü il noyabrın 12-16-da Bakı şəhərində Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatı keçiriləcək. Çempionatda dünyanın 33 ölkəsini təmsil edən 250 nəfərdən artıq nümayəndə iştirak edəcək. Yarışın ümumi mükafat fondu isə 90 min manat təşkil edir.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət