Riqadakı Kiçik Gildiyada müasir kriminal nəsrin ən uğurlu nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevlə görüş olub. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Görüşdə Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov, səfirliyin əməkdaşları, Latviya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Ç.Abdullayev etiraf edib ki, keçən il Bakıda Azərbaycan dilində satılan kitabların orta hesabla onda doqquz hissəsi onun kitabları olub. Kitabları Skandinaviya və Baltik ölkələrində də çox populyar olan Azərbaycanın xalq yazıçısı deyir: “Mən bunu öz kitablarımda tez-tez toxunduğum tənhalıq problemi ilə izah edirəm. Hər bir insanın qəlbində bir məzarlıq var. Onun çin olmamış arzuları, dünyasını dəyişmiş dostları orada məskən salır. İnsan həmişə tənhadır, mütləq mənada harmoniyaya nail olmaq qeyri-mümkündür”.
Ç.Abdullayevin hər bir kitabının çox sadə bir missiyası var – insanların düzgün seçim etmələrinə, daha dəqiq desək, Allahın tərəfini seçmələrinə kömək etmək. Kitablarından biri belə də adlanır: “Allahın seçimi”. Ç.Abdullayev hesab edir ki, Allah ilə iblisin savaşdığı məkan bizim qəlblərimizdir. Lakin yazıçının fikrincə, “biz insana, onun zəkasının gücünə də inanmalıyıq”.
Xalq yazıçısına ədəbi yaradıcılıq, regionda geosiyasi vəziyyət, doğma Bakı şəhəri barədə çoxlu suallar verilib.
“Dronqonun real prototipi kimdir” sualının cavabında Ç.Abdullayev etiraf edib ki, bu qəhrəmanın obrazını yaradarkən onu sovet adamının rəmzi kimi görürdü. Onun sözlərinə görə, bu, qadına böyük hörmət bəsləyən kişi rəmzidir. O, qadının gözəlliyinə laqeyd qalmır, lakin qadının timsalında, ilk növbədə insan görür. “Dronqo”dan sonra çoxlu tarixi romanlar yazmışam, lakin məni daha çox “Dronqo”nun müəllifi kimi tanıyırlar”.
Yazıçı qeyd edib ki, 1991-ci ilin hadisələri barədə “Tarmar” adlı beşcildlik əsəri yazmaqla, müəyyən missiyanı yerinə yetirib, mənəvi borcunu verib. Oxucular həmin dövrdə ölkəmizdə nələr baş verdiyini bilməli idilər.
O bildirib ki, son 6-7 ildə maraqlı bir meyl müşahidə olunur: “kağız” kitabların satışı tədricən artır. Ç.Abdullayev hesab edir ki, həqiqi ziyalı kitabı vərəqləməlidir. “Mən istəyirəm ki, kitablarımı oxusunlar, yazıçının kitablarının oxunması onun üçün böyük səadətdir”, - deyə o söyləyib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət