Azərbaycanda 250 minə yaxın vətəndaş şəkərli diabet xəstəsi kimi qeydiyyatdan keçib. Bu barədə cümə günü jurnalistlərə Respublika Endokrinoloji Mərkəzinin rəhbəri Rauf Cabbarov məlumat verib.
“Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən şəxslərin sayı ildən-ilə artır. Əgər statistik rəqəmlərə nəzər salsaq, ötən ilin sonuna Azərbaycanda 200 minə yaxın vətəndaş qeydiyyatdan keçib, bu ilin sonunadək bu göstərici artıq 250 minə çatacaq”,- deyə R.Cabbarov bildirib.
Onun sözlərinə görə, bu, yalnız qeydiyyatdan keçən xəstələr haqqında olan məlumatdır, faktiki statistik göstərici daha çoxdur.
“Faktiki olaraq şəkərli diabet xəstəsi olan vətəndaşların sayı iki-üç dəfə artıqdır”, - deyə o bildirib.
R.Cabbarov bildirib ki, bütün dünyada, o cümlədən Azərbaycanda mütəxəssislər şəkər xəstələrinin sayının artması ilə bağlı həyəcan təbili çalırlar.
“Hökumətimiz belə insanlara qayğı göstərir - pulsuz qlükometrlər, zəruri dərman vasitələri paylanılır”,- deyə o əlavə edib.
Mərkəz rəhbəri deyib ki, düzgün olmayan həyat tərzi, düzgün qidalanmama və stress bu xəstəliyə səbəb olur.
“Bu xəstəliyin 2 növü var - birinci növ əsasən gənclərdə müşahidə olunur, ikinci növ yaşlı insanlarada müşahidə olunur və insulindən asılılıq yaradır. İkinci tipə aid olan xəstələr 85-95% təşkil edir”,- deyə o əlavə edib.
R.Cabbarov təəssüflə söyləyib ki, qeydə alınmış xəstələrin 1000 nəfərindən çoxu uşaqlardır.
14 noyabr – Ümumdünya Diabet Günüdür.
Bakıda bu xəstəliyə həsr olunmuş tədbir keçirilib. Tədbirin təşkilatçısı Azərbaycan Diabet Liqasıdır.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət