Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) elektrik mühərrikləri, generator və transformatorların istehsalı və satışı ilə məşğul olan “Salyan elektrik qaynaq avadanlıqları” SC-nin səhmlərinin 99,83%-nin investisiya müsabiqəsinə çıxarılması üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
Müəssisənin 382,677 min ədəd səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
İnvestisiya proqramına müəssisənin fəaliyyətinin bərpa edilməsi və ya digər istehsal sahəsinin yaradılması; müvafiq avadanlıqların alınması və mövcud avadanlıqların təmiri və ya fəaliyyət növündən asılı olaraq yeni qurğuların tikilməsi; müəssisənin infrastruktur təminatının yaxşılaşdırılması və ərazinin abadlaşdırılması; işçilərin sosial təminatı və yeni iş yerlərinin açılmasına dair təkliflər daxil edilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 180 min manat köçürməlidir.
Qaliblə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu tarixdən etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaitləri 60 gün ərzində dövlət büdcəsinə, bəyan edilmiş sərmayələrin həcminin 5%-ni isə SC-nin hesabına köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2014-cü il dekabrın 17-nə qədər qəbul ediləcək və 19 dekabr tarixində qiymətləndiriləcək.
“Salyan elektrik qaynaq avadanlıqları” Salyan şəhərində yerləşir və 1988-ci ildə istismara verilib. SC-də 4 nəfər çalışır.
1 sentyabr 2014-cü il tarixinə SC-nin nizamnamə kapitalı 766,680 min manata bərabərdir. Nizamnamə kapitalı bir qiymətli kağızın nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
1 sentyabr 2014-cü il tarixinə SC-nin öhdəlikləri 58,673 min manata bərabərdir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət