Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə mədəniyyətlərarası və dinlərarası dialoqu istənilən cəmiyyətin təhlükəsizliyinin mühüm tərkib hissəsi hesab edir.
“Mədəniyyətlər və dinlər arasında dialoqun, multikulturalizm mühitinin olmadığı cəmiyyət təhlükəsiz ola bilməz”, - deyə A.Paşazadə dini tolerantlığın möhkəmləndirilməsinə həsr olunmuş ikigünlük beynəlxalq konfransın yekunları üzrə bəyan edib.
Onun sözlərinə görə, bu gün bəşəriyyətin üzləşdiyi problemlər fonunda konfrans iştirakçıları əməkdaşlığın yeni mərhələsini çizmək və terrorçuluq, radikalizm, ekstremizm və separatçılığa birgə qarşı durmaq üçün toplaşıblar.
“Bizi birləşdirən, vahid ümumbəşər ailənin üzvləri edən dəyərlər bizi ayıran amillərdən daha möhkəm, dərin və əhəmiyyətli olmalıdır”, - deyə A.Paşazadə vurğulayıb. O qeyd edib ki, Azərbaycan dövləti həmin dəyərlərin qorunması və inkişafına yönələn ardıcıl addımlar atır, bu fəaliyyəti prioritet hesab edir.
“Müasirliyi qlobal faciələrdən qorumaq, insanların rifahı naminə biz həmrəyrik və dözümlülüyü qoruyub daha da artırmalıyıq, mədəniyyətlər və dinlərin dialoqunu inkişaf etdirməliyik. Biz xalqlarımızı, xüsusilə gənclərimizi dözümlülük, müxtəlif mədəniyyətlərə hörmətlə yanaşma, eyni zamanda vətənpərvərlik ruhunda, baş verən hadisələri qərəzsiz qiymətləndirmək iqtidarında olmaları üçün tərbiyə etməliyik. Gənclərimizin yoldan çıxarılaq ideoloji qarşıdurmalar çərçivəsində digər ölkələrdə baş verən müharibələrdə iştiraka cəlb edilmələri qəbuledilməzdir. Məhz bu səbəbdən gələcək nəslin daha sağlam mənəvi mühitdə tərbiyələnməsi üçün səylərimizi birləşdirməliyik”, - deyə şeyx bəyan edib. Onun fikrincə, bununla multikultural və multikonfessional dünyanın sabitliyini və vahidliyini qoruyub saxlamaq mümkündür.
“Biz mənəvi dəyərləri qəsddən qorumalı, millətlərarası və dinlərarası ədavət yayanların məkrli niyyətlərini ifşa etməli, ekstremizm və ksenofobiya ilə birgə səylərlə mübarizə aparmalıyıq”, - deyə A.Paşazadə vurğulayıb. Bununla əlaqədar o, yuxarıda qeyd olunan təzahürlərə qarşı birgə mübarizə aparaq üçün fəaliyyətin əlaqələndirilməsinin əhəmiyyətini vurğulayıb. “Buna görə demək olar ki, birgə fəaliyyətimizin konsepsiyasının hazırlanması dövrümüzün sosial sifarişidir”, - deyə o qeyd edib.
Şeyx ümidvar olduğunu bildirib ki, ikigünlük konfrans iştirakçıları və qonaqları Azərbaycanda mövcud tolerantlıq modelinin, dünya, o cümlədən ATƏT məkanı üçün mühüm olmasına inandırıb.
“Azərbaycan xalqı ümumbəşəri mənəvi mədəniyyətə töhfə verərək topladığı təcrübə ilə bölüşməyə hazırdır. Bu, elə təcrübədir ki, zamanla daha da dəyərli olur”, - deyə şeyx bildirib.
Sonra A.Paşazadə humanizm sahəsində verdiyi töhfələrə görə “Sülh ağacı” mükafatı ilə təltif edilib.
Mükafat ATƏT-in Bakıdakı layihə əlaqələndiricisinin ofisi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyası tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin liderinin humanizm, dini tolerantlığın möhkəmləndirilməsi sahəsində fəaliyyətinə görə təqdim olunub.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət