Abşeron yarımadasının 104 km uzunluqda şimal sahili çirkabdan təmizlənib. Bu barədə cümə axşamı jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.
“Nazirlik bu ərazidə 17 təmizləyici stansiya quraşdırıb. Çirkab suları Xəzər dənizinə tökülməzdən qabaq bu qurğularda təmizlənir”,- deyə nazir qeyd edib.
Onun sözlərinə görə, artıq bir neçə ildir Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Abşeron çimərliklərində aparılan monitorinqlərin nəticələri bu ərazilərdə patogen mikrobların olmadığını göstərir.
“Bundan başqa, respublikanın 60-a yaxın rayon mərkəzində kanalizasiya sistemi sahəsində layihə həyata keçirilir ki, bu da çirkab sularının təmizlənməsinə yönəlib”,- deyə nazir əlavə edib.
O söyləyib ki, bu layihənin həyata keçirilməsinə 1 mlrd. manatdan çox investisiya qoyulub.
H.Bağırov, həmçinin qeyd edib ki, Gürcüstan və Ermənistan bu ölkələrdən keçərək Xəzər dənizinə tökülən Araz çayı vasitəsi ilə dənizin çirklənməsində böyük rol oynayır.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət