Azərbaycanda Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar gələn il buraxılış imtahanlarının vaxtı dəyişdiriləcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
“Nazirlər Kabineti bununla əlaqədar olaraq müvafiq qərar verib”, - deyə M.Abbaszadə bildirib.
Onun sözlərinə görə, TQDK hər il yanvar ayında buraxılış və qəbul imtahanlarının keçirilmə vaxtına dair cədvəli ictimaiyyətə təqdim edir.
“Gələn il ölkədə I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq buraxılış imtahanlarının vaxtı dəyişdiriləcək”, - deyə o qeyd edib.
TQDK sədri deyib ki, imtahanlar həmişə olduğundan daha tez, yəni Avropa Oyunları başlayana qədər keçiriləcək.
“Biz bununla əlaqədar olaraq Təhsil Nazirliyinə təklif göndərmişik”, - deyə o əlavə edib.
M.Abbaszdə bildirib ki, buraxılış imtahanları yalnız Bakıda deyil, bütün respublika üzrə vaxtından əvvəl keçiriləcək.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət