Çərşənbə günü “İnternet üzərindən yayılan informasiyalara görə etik və hüquqi məsuliyyət” kitabının təqdimatında “dünya şəbəkəsi”ndə dərc olunan məlumatlarla əlaqədar internet istifadəçilərinin məsuliyyəti ilə bağlı məsələlər müzakirə edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin tədbirdən verdiyi məlumata əsasən, kitab Jurnalistlərin Həmkarlar İttifaqı tərəfindən təqdim edilib. Vəsait Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “KİV nümayəndələrinin internet üzərindən yayılan informasiyalara görə etik və hüquqi məsuliyyət mövzusuna dair maarifləndirilməsi” layihəsi çərçivəsində nəşr olunub.
Dövlət Fondunun Məşvərət Şurasının üzvü Müşfiq Ələsgərli internet məkanında ünsiyyət və informasiyanın yayılması zamanı etik və hüquqi normalarına riayət olunmasının əhəmiyyətini qeyd edib.
“İnternetdən istifadə zamanı etik normalara riayət edilməsi məsələsinə böyük diqqət ayrılır. Lakin cari ilin avqust ayında baş verən hadisələr göstərdi ki, bu istiqamətdə hələ də ciddi maarifləndirmə işinin aparılmasına zərurət var”, - deyə o vurğulayıb və bildirib ki, 2014-cü ilin avqust ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar onlayn mətbuatda və sosial şəbəkələrdə yer almış çoxsaylı informasiyanı nəzərdə tutur.
M.Ələsgərli qeyd edib ki, bu kitab ölkə vətəndaşlarına internetdən istifadə zamanı həssas yanaşmalı olduqları məsələlər barədə bilgilər vermək məqsədi daşıyır.
“Avqust hadisələri göstərdi ki, bəzi şəxslər müəyyən qüvvələrin maraqları çərçivəsində hərəkət edərək, internetdə məqsədyönlü şəkildə yalan informasiyanın yayılması ilə məşğul olublar. Bir çox digər KİV-lər isə bilməməzlikdən yanlışlığa yol veriblər. Bununla əlaqədar biz KİV orqanları arasında pulsuz yayılacaq bu kitabı nəşr etmək qərarına gəldik. Jurnalistlərin arzu və iradlarını öyərənərək, biz gələcəkdə də daha təkmilləşdirilmiş tədris vəsaiti buraxmağı planlaşdırırıq”, - deyə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndəsi bildirib.
M.Ələsgərli xatırladıb ki, 2013-cü ildə Cinayət Məcəlləsinin 147 (Böhtan ) və 148-ci (Təhqir) maddələrinə internetdə böhtan və təhqir xarakterli məlumat və şərhlərə görə cinayət məsuliyyətinə cəlb olunmanı nəzərdə tutan düzəlişlər qəbul edilib.
“İnternetin sürətlə inkişafı, öz növbəsində etik normalara riayət etmək zərurəti ilə əlaqədar yeni problemlər yaradır. Bu mənada KİV-lərin üzərinə böyük məsuliyyət düşür”, - deyə hüquqşünas Ələsgər Məmmədli vurğulayıb.
O, dövlət sirri, insanın şəxsi həyatına aid məlumatın işıqlandırlması zamanı etik və hüquqi normalara riayət olunmanın əhəmiyyətini qeyd edib.
“Ənənəvi mediada bu istiqamətdə məsuliyyət barədə məlumatlı olan peşəkarlar çalışırlar. Onlayn media və sosial KİV-lərə gəlincə, iş daha mürəkkəbdir. Məhz burada hüquqi xarakterli problemlər yaranır”, - deyə hüquqşünas bildirib.
Onun sözlərinə görə, “İnternet üzərindən yayılan informasiyalara görə etik və hüquqi məsuliyyət” kitabının müəllifləri internetdə gedən informasiyalara görə kimin, onlayn KİV-lərdə məlumatın müəllifinin yoxsa bu məlumatlarla bağlı eləcə də sosial şəbəkələrdə şərhlər yazan istifadəçilərin məsuliyyət daşımasına dair sualları cavablandırmağa çalışıblar.
“Şərhlərin arasında çox vaxt böhtan və təhqirə rast gəlmək mümkündür. Sual yaranır ki, bu halda kim məsuliyyət daşıyır? Yalnız şərh yazanlar yoxsa məlumatın müəllifləri? Müəllif təhqir xarakterli şərhləri pozmadığı halda məsuliyyətə cəlb olunacaqmı?”, - deyə Ə.Məmmədli qeyd edib.
Hüquqşünasın bildirdiyi kimi, nəzəri cəhətdən sosial mediada dərc olunmuş məlumata görə bilavasitə şərhin müəllifini, profilin sahibini və misal üçün “Twitter”, “Facebook” və digər sosial şəbəkələrin yaradıldığı platformanı məsuliyyətə cəlb etmək mümkündür.
“Aydın məsələdir ki, biz xaricdə, məsələn, ABŞ-da olan bir çox sosial şəbəkələrin platformalarını məsuliyyətə cəlb edə bilmərik. Virtual məkan Azərbaycan ərazisi deyil və biz, deyək ki, “Facebook”a qarşı cinayət işi qaldıra bilmərik. Bununla əlaqədar profillərin sahibləri və profildə şərhlərin müəllifləri də cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Əgər biz internetdə Azərbaycan ərazisindən yazıldığını müəyyən etsək (bu, kompüterin IP-nin müəyyən edilməsi yolu ilə mümkündür), o zaman ümumi qəbul edilən normaların pozucusu məsuliyyətə cəlb edilə bilər”, - deyə o vurğulayıb.
Ə.Məmmədli internet istifadəçilərinin sosial şəbəkələrdə öz adları ilə profillər açaraq ünsiyyət qurmalarının əhmiyyətini vurğulayıb, bu isə “bir çox anlaşılmazlıqların qarşısını almağa kömək edəcək”.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət