Birləşmiş Ştatlar Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən Azərbaycanı dəstəkləməkdə daha qəti olmalıdır. Bu barədə Amerikanın “The Gainesville Sun” qəzetində dərc edilmiş məqalədə deyilir.
“ABŞ Rusiyanın Ermənistan kimi əlaltılarının hərbi müdaxilələrindən özünümüdafiədə Azərbaycan (o cümlədən Ukrayna, Moldova, Gürcüstan, Qazaxıstan, Baltikyanı respubklikalar) kimi postsovet müttəfiqlərinə yardım etmək üçün daha çox şey etməlidir”, - deyə Qeynsvildə yaşayan Azərbaycan diasporunun fəalı Durdanə Balakişiyeva yazır.
Öz məqaləsində D.Balakişiyeva 1990-cı illərin əvvəllərində Azərbaycan ərazisinin bir hissəsini işğal edən, bu günlərdə münaqişə zonasında təxribat törədən və buna cavab olaraq hərbi helikopterinin məhv edilməsi ilə nəticələnən Ermənistanı qınamaqdan çəkinən ABŞ-ı tənqid edir.
“Ermənistanın hərbi helikopterinin suveren Azərbaycanın hava məkanında uçması Azərbaycanın və beynəlxalq qanunvericiliyin kobud şəkildə pozulması və Ermənistanın hərbi təcavüzünün davam etməsi idi. Sadə dildə desək, əgər Azərbaycana məxsus helikopter Ermənistanın hava məkanına daxil olsaydı, o da vurulacaqdı. Kubaya məxsus helikopterin ABŞ-ın hava məkanına daxil olması ilə bağlı da eyni hal təkrarlanardı”, - deyə məqalədə deyilir.
F.Hüseynzadə
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət