Xorvatiyalı mütəxəssis Robert Prosineçki Azərbaycanın futbol üzrə milli yığma komandasının baş məqçisi təyin edilib.Bu barədə jurnalistlərə Azərbaycan Futbol Assosiasiyaları Federaasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bu barədə qərar çərşənbə günü AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunub.
45 yaşlı xorvatiyalı mütəxəssislə imzalanmış müqaviləyə əsasən , o yaxın 3 il ərzində Azərbaycanın yığma futbol komandasına rəhbərlik edəcək.
Yeni baş məşqçi ilə üçü xorvatiyalı, üçü azərbaycanlı olmaqla 6 məqçi çalışacaq.
R.Prosineçkini yığma futbol komandasının baş məqçisi qismində ildə $1,2 mln. maaş alacaq.
R.Prosineçki Xorvatiya yığma komandasının keçirdiyi 49 oyunda qapılardan 10 top keçirib. Onun hesabına Yuqoslaviya yığmasının heyətində 15 oyun və 4 qol yazılıb. 1987-ci ildə Prosineçki Yuqoslaviya yığmasının heyətində Çilidə gənclər arasında dünya çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu adını qazanıb.
O, 1990 və 1998-ci illərdə keçirilmiş dünya çempionatlarının və 1996-cı ildə Avropa çempionatının iştirakçısı olub.
R.Prosineçki “Real”, “Ovyedo”, “Barselona”, Sevilya” (İspaniya), “Xrvatski Draqovolyats” (Xorvatiya), “Standart”, “Portsmut”, “Olimpiya” (Lyublyana) və “Zaqreb NK” komandalarının heyətində oynayıb.
Oyunçu karyerasına 2004-cü ildə son qoyub.
1991-ci ildə o, “Srvena Zvezda” komandasının heyətində Avropa Çempionlar Kubokunu qazanıb.
2006-cı ildən 2010-cu ilə qədər Xorvatiya yığma komandasının məşqçi qərargahında çalışıb. 2010-cu il dekabrın 9-da “Srvena Zvezda” komandasının baş məşqçisi olub.
2008-2014-cü illərdə Azərbaycan yığma komandasına alman Berti Foqts rəhbərlik edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət