Azərbaycan və Polşa hökumətləri pensiya təminatı sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırırlar.Bu barədə İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissyanın VI iclsının yekunu əsasında imzalanmış protokolda məlumat verilir.
“2014-cü ilin iyun ayında Azərbaycan tərəfi Polşa tərəfinə iki ölkənin hökumətləri arasında pensiya təminatı sahəsində əməkdaşlıq sazişi layihəsini təqdim edib.Polşa tərəfi bildirib ki, Polşanın əmək və ictimai siyasət nazirliyi hazırda hazırlıq işləri aparılır. Hazırlıq işlərinin aparılmasında məqsəd Polşa və Azərbaycan arasında sazişin imzalanması üzrə danışıqların başlanması haqqında nazirlər şurası sədrinin razılığını almaqdır”,- deyə sənəddə bildirilir.
Bundan başqa, komissiya Azərbaycanla Polşa arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması üzrə işləri sürətləndirməyi tövsiyə edib. Polşa tərəfi Azərbaycan tərəfinə saziş layihəsini 2015-ci ilin I rübündə təqdim edəcək.
Protokolda qeyd edilir ki, Polşa tərəfi polşalı sahibkarların tələblərini nəzərə alaraq Bakıdakı səfirliyində ticarət və investisiyalara kömək bölməsinin yaradılması imkanlarını nəzərdən keçirəcək.Bu bölmə hər iki ölkənin sahibkarlarına əməkdaşlıq yaratmaqda kömək edə bilərdi.
Protokola əsasən, Azərbaycanda Polşa kapitalı ilə ticarət, sənaye, nəqliyyat, xidmət, siğorta, bank xidmətləri sahəsində fəaliyyət göstərən 22 şirkət qeydiyyatdadır.
“Azərbaycan tərəfi Polşa tərəfinə müraciət edərək işğal edilmiş torpaqlarımızda istehsal olunan malların polşaya idxal -ixracına eləcə də Polşa şirkətlərinin Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində fəaliyyət göstərməsinə icazə verməməyi xahiş edib”,- deyə protokolda bilduirilir.
Sənəddə bildirilir ki, Polşa Azərbaycanın ÜTT-yə qoşulamsı prosesini dəstəkləyir.
Sənədə əsasən , Polşa Gömrük Xidməti Azərbaycanın gömrük xidməti əməkdaşlarına aşağıdakı istiqamətlərdə təlim keçməyə hazırdır: gömrük orqanlarında risklərin idarə edilməsi sistemi; əqli mülkiyyət obyektlərinin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizənin təşkili, elektron gömrük xidmətinin təşkili; gömrük və biznes əməkdaşlığnın təşkili, səlahiyyətli iqtisadi operatorların iş prinsipi.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət