Azərbaycan beynəlxalq səviyyədə siyasət, iqtisadiyyat, eləcə də sosial-mədəni sahədə çoxsaylı layihələr həyata keçirir, bu isə türkdilli ölkələrin yaxınlaşmasına yardım edir. Bu barədə TÜRKSOY-un baş katibi Dyusen Kaseinov bildirib.
“Burada TÜRKSOY ölkələri arasında əlaqələrin genişlənməsinə müsbət təsir göstərən çoxlu sayda layihə reallaşdırılır”, - deyə D.Kaseinov cümə axşamı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin iclasında bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan UNESCO-nun xətti ilə bir çox layihələr reallaşdırır. Hazırkı tədbirdə isə mədəni və tarixi irsin qorunub saxlanılması ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.
“Bu gün biz ölkələr arasında böyük irəliləyiş müahidə edirik. Birgə layihələrin reallaşdırılması əlaqələrin qurulması işində mühüm məqamdır”, - deyə o bildirib.
Öz növbəsində UNESCO-nun Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri Gənc Səidi qeyd edib ki, Azərbaycan UNESCO-nun bütün layihələrinin reallaşdırılmasına hər cür dəstək nümayiş etdirir.
“Sevindirici haldır ki, Azərbaycan tarixi və mədəni dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir”, - deyə G.Səidi bildirib.
Onun sözlərinə görə, Azərbaycan hərbi əməliyyatların aparıldığı ərazilərdə mədəniyyət abidələrinin qorunub saxlanılmasına yönələn UNESCO layihələrinin reallaşmasına da dəstək verir.
G.Səidi UNESCO-nun baş direktoru İrina Bokovanın tədbir iştirakçılarına ünvanladığı müraciətini oxuyub. İ.Bokova Azərbaycanı “UNESCO-nun ən mühüm töhfələrdən birini vermiş etibarlı tərəfdaşı” adlandırıb. İ.Bokova Azərbaycanın UNESCO ilə əməkdaşlığında Mehriban Əliyevanın rolunu vurğulayıb və mədəni əlaqələrin inkişafı üzrə bir sıra tədbirlərin, o cümlədən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyasının uğurla keçirilməsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət