Azərbaycan elminin “qocalması” problemini məktəbdə bacarıqlı gənclərin aşkarlanaraq üzə çıxarılması və onlarda elmi biliklərə marağın yaradılması yolu ilə həll etmək lazımdır. Azərbaycan Milli Elmlər Akademiyasının prezidentiAkif Əlizadəbuna əmindir.
“Azərbaycan elmi artıq məktəb dövründən lazım olan mütəxəssisi itirir, çünki bu gün gənclər özlərini elmdə görmürlər”, - deyə o, cümə günü Bakıda keçirilən Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı bildirib.
A.Əlizadənin sözlərinə görə, müəllimlər hamıdan gözəl başa düşürlər ki, bu gün informasiya və texnologiya əsrində gənclərə yaxşı təhsil verilməlidir. Artıq 7-8-ci siniflərdən gələcək alimləri aşkar etmək və onlarla çalışmaq lazımdır.
AMEA prezidenti qeyd edib ki, bu gün təhsil yeni texnologiya və innovasiyaların tətbiqini tələb edir. Araşdırmalar göstərir ki, bu gün Azərbaycan məktəbliləri humanitar və iqtisadi elmlərə üstünlük verirlər, riyaziyyat, fizika və digər təbiət elmlərinə maraq azalıb. A.Əlizadə zəruri elmi kadrların çatışmazlığını aradan qaldırmaq məqsədilə Elmlər Akademiyası, orta və ali məktəblərin fəaliyyətinin əlaqələndirilməsinin zəruri olduğunu bəyan edib.
“Elmi baza və zəruri kadrların formalaşması üçün nəinki dövlət fəal çalışmalıdır, həm də özəl sektorun bu işə cəlb olunmasına kəskin ehtiyac var. Bu gün elm qrantlar hesabına maliyyələşdirilir, lakin bu, gənc alimlərin formalaşması və onların elmi fəaliyyəti üçün kifayət etmir”, - deyə A.Əlizadə vurğulayıb.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət