Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda əlilliyi olan şəxslər 21,341 min reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla, o cümlədən 574 əlil arabası ilə təmin ediliblər. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
11 ay ərzində əlillərə məxsus 818 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə verilib.
Bununla yanaşı, hesabat dövründə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşmə stasionarlarında 655 nəfər əlilliyi olan şəxsə müvafiq müalicəvi və rekonstruktiv reabilitasiya xidmətləri göstərilib.
Nazirlik tərəfindən ölkənin müxtəlif bölgələrində yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar formada protez-ortopedik bərpa xidmətləri ilə təmin olunur. Belə ki, 17-19 dekabr tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Ucar, Bərdə, Beyləqan və Füzulu rayonlarında yaşayan belə şəxslər səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin olunun.
Qeyd olunan yeddi rayonda 452 nəfər dayaq-hərəkət sistemi pozulmuş əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaq yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin olunub. Bu barədə Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidov məlumat verib.
Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə və Naxçıvan şəhərlərindəki filiallarının mütəxəssislərindən ibarət olmaqla yaradılmış səyyar tibbi-texniki briqadalar ötən müddətdə 51 rayon üzrə 1564 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət