Asiya İnkişaf Bankı 2014-cü ilin yekunları üzrə Azərbaycanda ÜDM artımını 3% səviyyəsində proqnozlaşdırır, baxmayaraq ki, əvvəlki proqnoz göstəricisi 5% təşkil edirdi. Bu barədə AİB-in Bakı nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev bazar ertəsi mətbuat konfransında bildirib.
“Biz “Asian Development Outlook”un yeni hesabatının hazırlanması çərçivəsində iqtisadi araşdırma üzərində işləyirik. Hesabat aprel ayında dərc olunacaq. Araşdırma fevralın ortalarına qədər başa çatacaq. 2014-cü ilin yekunları üzrə biz ölkənin neft sektorunun artımını gözləyirdik, lakin bu gün onun azalması müşahidə olunur. Bununla əlaqədar biz ölkədə iqtisadi artım üzrə proqnozlarımızı azaltdıq. İlkin məlumatlara əsasən, 2014-cü ildə ÜDM-in 3% səviyyəsində artımını proqnozlaşdırırıq. Daha əvvəl isə artımın 5% olacağını gözləyirdik”, - deyə N.Vəliyev qeyd edib.
Onun sözlərinə görə, 2015-ci il üçün AİB Azərbaycanın iqtisadi artımını 3,5% səviyyəsində proqnozlaşdırır, əvvəlki proqnoz göstəricisi 4,8% səviyyəsində idi.
N.Vəliyev əlavə edib ki, bankın qiymətləndirmələrinə əsasən, 2014-cü ilin yekunları üzrə Azərbaycanda inflyasiya 2%, 2015-ci ildə 3% təşkil edəcək.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2014-cü ilin yekunları üzrə ÜDM-in artımını 3,6%, 2015-ci il üçün 4,4% səviyyəsində proqnozlaşdırır.
2013-cü ildə Azərbaycanda ÜDM 5,8% artıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət