İl ərzində Mədəniyyət və Turizm Nazirliyi regionlarda mədəniyət müəssisələrinin yaradılması və inkişafı sisteminə böyük diqqət ayırıb. Bu barədə nazir Əbülfəs Qarayev bu gün 2014-cü ilin yekunlarına dair kollegiya iclasında bəyan edib.
“Regionlarda mədəniyyət evləri, ölkəşünaslıq muzeyləri, mədəniyyət mərkəzlərinin yaradılması üzrə böyük iş həyata keçirilib və bu, gələcəkdə də davam etməlidir”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, yerlərdə yüksək təşəbbüskarlıq, nazirliyin regional bölmələrində maraqlı təcrübənin mövcudluğu və işə yaradıcı yanaşma müşahidə etmək mümkündür.
“Regionlarda işə daha yaradıcı yanaşmaya, bütün sistemdə tətbiq oluna biləcək yeniliklərə və maraqlı təcrübəyə rast gəlinir”, - deyən Ə.Qarayev vurğulayıb ki, nazirliyin mərkəzi bölmələri bu məsələyə daha çox diqqət ayırmalıdır.
“Niyə bütün maraqlı təkliflər və yeniliklər mənə regionlara səfərlər zamanı məruzə edilməlidir, mən isə sizə tapşırıqlar verməliyəm?”, - deyə o, nazirliyin əməkdaşlarına müraciətində bəyan edib.
Ə.Qarayev qeyd edib ki, aparatın əməkdaşları monitorinqlər zamanı yerlərdə mədəniyyət müəssisələrinin yenilikləri və maraqlı, faydalı təcrübəsinə daha çevik yanaşmalı, onu bütün ölkə üzrə tətbiq etməli, yerlərdə yoxlamalarla kifayətlənməməlidir.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət