Dünya Turizm və Səyahətlər Şurasının qiymətləndirməsinə əsasən, 2014-cü ildə ÜDM-də turizmin payı 8,8% (4,9 mlrd. manat) təşkil edib. Bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün mətbuat konfransında söyləyib.
“Daxili turizm xərcləri 21% - 1,7 mlrd. manata qədər artıb, turizm sahəsinə kapital qoyuluşları 20% artaraq 360 mln. manat təşkil edib”, - deyə nazir bildirib.
“Onun sözlərinə görə, artıq üç ildir Azərbaycanda turizm qiymətləri xüsusilə də otellərdə sabitdir. Qiymətlərdə heç bir artım müşahidə olunmur”,- deyə Ə.Qarayev bildirib.
Otellərdə nömrələrin qiyməti ilə bağlı sualı şərh edən nazir deyib: “Əgər siz məsələn, Gürcüstana getsəniz, oradakı otellərin səviyyəsinin bizdəkindən aşağı olduğunu görərsiniz, buna görə də müqayisə etməyə dəyməz”.
O, həmçinin qeyd edib ki, heç kim Azərbaycan vətəndaşlarına elə həmin Gürcüstana getməyi qadağan etmir. “Bu məsələdə hər kəsin öz seçimi var”, - deyə Ə.Qarayev bildirib.
Otellər mövzusuna toxunan nazir bildirib ki, “Şahdağ” qış-yay turizm kompleksində bütün yerlər yanvarın 15-nə qədər tutulub.
Nazir əmin edir ki, əgər qiymətlər çox yüksək olsaydı, bu kurorta bu qədər tələbat olmazdı. Qəbələ, Quba, Lənkəran və digər istirahət zonalarında da eyni vəziyyət mövcuddur. “Bütün yerlər 100% dolub”,- deyə o əlavə edib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət