Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2014-cü il üçün əsas müsabiqəsini elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Müsabiqə elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırmaq, maddi-texniki təminatını təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin davamlı inkişafını dəstəkləmək, həmçinin qısa müddət ərzində modern elmi cihaz, avadanlıq və qurğularla təchiz olunma yolu ilə əhəmiyyətli elmi nəticələr alınmasına şərait yaratmaq və kadr hazırlığını təmin etmək məqsədi daşıyır.
Müsabiqə çərçivəsində kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin və pilot layihələrin böyük maliyyə həcmli qrantlar (100 000 - 500 000 manat) və meqa qrantlar (500 000 manatdan yuxarı), fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, kimya elmləri, biologiya, tibb və aqrar elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental-tətbiqi, həmçinin innovasiya xarakterli layihələrin kiçik (10 000 manatadək) və orta (10 000 – 100 000 manat) maliyyə həcmli qrantlar vasitəsilə maliyələşdirilməsi, xüsusi layihələr (konfrans təşkili, kitab nəşrinin dəstəklənməsi) üzrə kiçik (10 000 manatadək) və orta (10 000 – 100 000 manat) maliyə həcmli qrantların verilməsi nəzərdə tutulur.
Müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 4 200 000 manatdır.
Beynəlxalq layihələrə, həmçinin gənc alimlərin iştirak etdiyi, regionlardan təqdim olunmuş layihələrə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il yanvarın 5-dən fevralın 27-si saat 17:00-dək qəbul olunacaq.
2014-cü il üçün əsas müsabiqənin elmi ekspertiza işi 2015-ci ilin ikinci rübündə yerinə yetiriləcək. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət