Fransanın “Total” şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş İcraçı direktoru və Azərbaycan üzrə təmsilçisi Denis Lemarşal Bakı Ali Neft Məktəbində (BANM) olub.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı salamlayaraq, rəhbərlik etdiyi ali təhsil ocağı haqda məlumat verdi. O, Ali Məktəbin yaranma tarixindən danışaraq, BANM-in Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə yaradıldığını bildirdi. Rektor Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində açılan bu Ali Məktəbin yarandığı qısa zaman ərzində dünya şöhrətli, bir çox tanınmış neft-qaz şirkətləri ilə əməkdaşlığa imza atdığını qonağın diqqətinə çatdırdı. Elmar Qasımov dedi ki, bu il Ali Məktəbə qəbul olan abituriyentlərdən 17 nəfəri Prezident təqaüdçüsü adını qazanıblar. BANM-in Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətləri, həmçinin ARDNŞ üçün kadr hazırlığı həyata keçirdiyini və tələbələrin bu şirkətlərdə mütəmadi olaraq təcrübə keçdiklərini bildirdi. “Total” şirkətinin Bakı Ali Neft Məktəbinin ilk əməkdaşlıq etdiyi şirkətlərdən birincisi olduğunu dedi. Rektor Elmar Qasımov qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğuladı. O, Denis Lemarşalı və şirkətin əməkdaşlarını BANM tələbələri üçün mühazirə-seminarlar keçirməyə dəvət etdi və bunun tələbələr üçün faydalı olacağını bildirdi.
Öz növbəsində, “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktoru və təmsilçisi Denis Lemarşal BANM-də olmasından məmnunluq ifadə etdi. O. Fransa ilə Azərbaycan arasında əlaqələrdən söz açdı və bu ikitərəfli əlaqələrin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini dedi. O, əməkdaşlığın davam və inkişaf etdirilməsinin vacibliyindən söz açdı. Denis Lemarşal BANM tələbələri üçün təmsil etdiyi şirkətin ixtisaslı kadrları tərəfindən mühazirələrin təşkilinin mümkünlüyünü bildirdi və məmnunluqla razılıq bildirdi.
Xatırladaq ki, BANM və Fransanın “Total” şirkəti arasında 10 aprel 2013-cü ildə Əməkdaşlıq Protokolu imzalanıb. Sənəddə BANM və Fransanın neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Fransada doktorantura təhsilinin təşkili, tələbələrin bir qisminin “Total” şirkətinin baş ofisində təcrübə keçmələrinin təmin edilməsi , “Professionallar Assosiasiyası”nın üzvlərinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün mühazirələr oxumasının təmin olunması və BANM-in tələbələrinin Fransanın elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadə etməsi nəzərdə tutulur.
BANM mətbuat xidməti
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət