Qəbələ rayonunda “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusuna həsr olunan tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Tədbirdə rayon ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və gəncləriştirak edib.
Çıxış edən rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Ramin Qədirov tədbirin keçirilməsində əsas məqsədin narkomaniyanın yaratdığı problemləri ictimaiyyətin diqqətinə çatdırmaq, bu sahədə məsuliyyəti artırmaq və gəncləri problemi yaradan səbəblərin aradan qaldırılmasına səfərbər etmək olduğunu bildirib.
O, narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğu qeyd edərək, bu bəlaya düçar olanların potensial cinayətkarlara çevrildiklərini vurğulayıb.
Bildirilib ki, 2014-cü il ərzində rayon ərazisində narkomaniya ilə bağlı 8 fakt qeydə alınıb. İl ərzində ərazidə yabanı halda bitən 7 ton 900 kiloqram narkotik tərkibli bitki məhv edilib. Hazırda 37 narkoman Rayon Mərkəzi Xəstəxanasında Narkoloji Dispanserin qeydiyyatındadır.
İ.Əhmədov
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət