Bu gün Bakıda Avropa İttifaqının “Radiasiya təhlükəsizliyi strukturunun möhkəmləndirilməsi və Azərbaycanda köməkçi xidmətlərin inkişafı” tvininq layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layhədə Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin, Litva Radiasiya Təhlükəsizliyi Mərkəzinin, Litvanın Layihələrin İdarə Edilməsi Agentliyinin nümayəndələri iştirak edəcəklər.
Avropa İttifaqının Bakı Ofisinin nümayəndəsi Yurgin Villiams bu layihə üzərində işləmiş Azərbaycan və Litvanın müvafiq strukturlarının nümayəndələri gələcəkdə də sıx əməkdaşlığı davam etdirəcəklərinə ümidvar olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycanda nüvə obyektlərinin olmamasına baxmayaraq, radiasiyanın səviyyəsi yüksəkdir.
“Baxmayaraq ki, Azərbaycanda hər hansı bir nüvə obyekti yoxdur, radiasiya səviyyəsi nisbətən yüksəkdir. Hesab edirəm ki, Azərbaycanda Nüvə və Radiasiya Fəaliyyətinin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin yaradılması müdrik qərardır”, - deyə o əlavə edib.
Y.Villiams Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi tvininq layihələr barədə danışaraq bildirib ki, artıq 30 layihə gerçəkləşdirilib və 10 layihənin həyata keçirilməsi planlaşdırılır.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət