Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Azərbaycanda səfərdə olan ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur və rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra onlar Bakı Ali Neft Məktəbində bir sıra görüşlər keçirblər.
Qonaqları Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycanla ABŞ arasında olan əlaqələrin tarixindən danışıb. E.Qasımov 1976-cı ildən qardaşlaşmış şəhərlər olan Bakı və Hyuston arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan-ABŞ əlaqələrinin müasir şəraitdə inkişafına xüsusi diqqət göstərməsi sayəsində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin yüksələn xəttlə inkişaf etdiyini qeyd edib. Rektor, həmçinin BANM-in yaranma tarixi, fəaliyyəti, məqsədləri və qısa zamanda əldə etdiyi uğurları haqqında qonaqlara geniş məlumat verdi. O, BANM və Hyuston Universiteti arasında Neft-qaz mühəndisliyi, Kimya mühəndsiliyi ixtisasları üzrə qarşılıqlı əməkdaşlığın qurulmasında və bu əməkdaşlıq çərçivəsində tələbə və mütəxəssislərin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə fəaliyyət göstərilməsində maraqlı olduğunu bildirib.
Öz növbəsində, ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur Azərbaycana ilk dəfə səfər etdiyini xatırladıb və bu dəvət üçün Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımova öz dərin təşəkkürünü bildirib. O, təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını deyib.
Görüşdə, eyni zamanda, BANM və Hyuston Universiteti arasında gələcək qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Birgə magistr hazırlığı ilə bağlı hər iki ali məktəb arasında Razılaşma Protokolu imzalanıb.
Sonra ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur BANM-in professor-müəllim heyəti və tələbələri ilə görüş keçirib. Görüşdə Hyuston Universiteti haqqında tələbələrə geniş məlumat verilib, unuversitetin professor-müəllim heyəti dünyaca tanınmış və təcrübəli elmi işçilər, onların bir çoxu Nobel və Toni mükafatçıları olduqları qeyd olunub. Renu Xatur rəhbərlik etdiyi universitetin tələbələrinin etnik tərkibinin müxtəlifliyinə görə ABŞ-da ikinci ən böyük universitet olduğunu və burada təhsil alan tələbələrin ümumi sayının 40.750 nəfər təşkil etdiyini tələbələrin diqqətinə çatdırıb.
Sonda Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatura Bakı Ali Neft Məktəbinin “Fəxri Qonaq” diplomu təqdim edilib.
Səfər çərçivəsində qonaqlar üçün Bakının tarixi və müasir mədəni yerlərinə səfərlər, həmçinin BANM-in tikilməkdə olan yeni kampusu və Bibiheybət neft mədənləri ilə tanışlıq təşkil olunub.
Xatırladaq ki, Hyuston Universitetində Xocalı soyqırımı, eləcə də Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra tədbirlər hər il ənənəvi olaraq keçirilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət