Azərbaycan filmləri İranda keçirilən 8-ci Vareş Beynəlxalq film festivalında (Varesh International Short Film Festival) iştirak edir. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Festivalın müsabiqə proqramında “Azanfilm” studiyasının istehsalı olan “Əriyən ada”, “Miras”, “Lahıc” sənədli, “Köhnə saat” animasiya filmləri festivalın müsabiqə bölməsinə, “Mayak” qısametrajlı bədii filmi isə baxış proqramına daxil edilib.
“Azanfilm” studiyasından bildirilib ki, “Əriyən ada”, “Miras”, “Mayak” filmlərinin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, “Lahıc” filminin ssenari müəllifi və rejissoru Tofiq Şahverdiyev, prodüseri Fariz Əhmədov, “Köhnə saat” animasiya filminin rejissoru və ssenari müəllifi Cavid Əhədov, prodüseri Fariz Əhmədovdur.
Qeyd edək ki, yanvarın 19-da başlayan festival 22-dək davam edəcək. Festivala müraciət edən 1278 filmdən 168-i proqrama daxil olunub. Bu filmlərdən 58-i İran filmi, 110-u isə xarici filmlərdir.
Festivalın əsas məqsədi müxtəlif Xəzəryanı xalqların və etnik qrupların ortaq mədəni irsini təqdim etmək, kino istehsalı sahəsində gənc və istedadlı kinematoqrafçıları müəyyənləşdirərək qarşılıqlı əlaqələrin inkişafına təkan verməkdir.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət