Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa Oyunlarının uğurla keçəcəyinə əmindir.
“Şübhə etmirəm ki, ilk Avropa Oyunları yaddaqalan tədbir olacaq”,- deyə P.Hikki Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bakı-2015” I Avropa Oyunlarının təqdimat mərasimində çıxışı zamanı bildirib.
O, həmçinin qeyd edib ki, Bakıda keçiriləcək Avropa Oyunları dörd ildən sonra keçiriləcək növbəti oyunlarda Avropanın bələdçisi olacaq.
“Şübhə etmirəm ki, “Bakı-2015” Avropa Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçidir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər”,- deyə o qeyd edib.
P.Hikkii söyləyib ki, 2015-ci ilin may ayına qədər 2019-cu ildə Avropanın hansı şəhərinin bu yarışlara ev sahibliyi edəcəyi məlum olacaq. Onun sözlərinə görə, 2019-cu ildəki Oyunlar Bakıdakı yarışmanın tam təkrarı olmayacaq. Avropa Olimpiya Komitəsinin məqsədi Avropa Oyunlarını bütün şəhərə uyğun təşkil etməkdir.
O bildirib ki, seçilmiş şəhər “Bakı-2015” Təşkilat Komitəsi ilə əhatəli şəkildə təcrübə mübadiləsi aparacaq.
Bakıda keçiriləcək idman tədbirlərinin təqviminə gəldikdə, Olimpiya Komitəsinin prezidenti qeyd edib ki, bunu bacarıqlı yerli kadrlar təşkil edəcək. “Bakı-2015” Azərbaycanın yeni nəsil idman mütəxəssislərini formalaşdırmağa yardım edir. Bundan əlavə, Oyunlar Azərbaycan üçün gözəl sosial vasitə olacaq.
“Ölkə əhalisinin üçdə iki hissəsinin yaşı 35-dən aşağıdır və bu cür böyük təbəqə idmanın təşviq etdiyi amallar və cəmiyyət haqqında məlumatlar alacaq”, - deyə P.Hikki bildirib.
O, 2015-ci ildə Azərbaycanda Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi faktını yüksək qiymətləndirib.
“Bunlar iki il ərzində bir ölkədə, bir şəhərdə keçiriləcək. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir”, - deyə prezident əlavə edib.
“Adətən Olimpiya Oyunlarının keçirilməsi məqsədilə şəhərə yeddi il müddət verilir. “Bakı-2015” yarışması üçün cəmi 30 ay vaxt verildi. Azərbaycan və Avropa Olimpiya Komitəsi üçün tarixin yazılmasında zati-aliləri cənab Prezidentin mövqeyi misilsizdir”, - deyə P.Hikki söyləyib.
Onun sözlərinə görə, “Avropa Oyunlarına dünyanın 50 ölkəsindən 6 mindən çox atlet qatılacaq, əvvəlcə yarışmalarda olmayan yeni idman növləri əlavə ediləcək. Məsələn, basketbol 3х3, çimərlik voleybolu, karate və sair”.
“Avropa Oyunları Olimpiya Oyunlarının təkrarı olmayacaq. Bu Oyunlar çox innovativ olacaq və adi yarışmalarda olmayan müxtəlif idman növləri ilə seçiləcək. Onların sayəsində atletlər gələcək Olimpiya Oyunları üçün nəticələri daha da yaxşılaşdıracaqlar. Sonra onlar 2016-cı ildə Rioya, 2020-ci ildə Tokioya gedəcəklər və ən yüksək idman nailiyyətlərinə daha yaxşı hazırlaşacaqlar”,- deyə P.Hikki vurğulayıb.
O, “Bakı-2015” Avropa Oyunlarının idman tarixində yeni maraqlı səhifə açacağına əmin olduğunu söyləyib.
“Bakıda olduqca gözəl ilk Avropa Oyunları keçiriləcək. Azərbaycan qədim tarixə malik, yüksək templə inkişaf edən, zəngin təbii sərvətləri olan, onları lazımi şəkildə idarə edən ölkədir. Azərbaycan cəmi 23 il ərzində görünməmiş tərəqqi əldə edib. Avropa Olimpiya ailəsinin bir hissəsi olmaq bu inkişafın sürətləndirilməsinə zəmin yaradıb. Zati-aliləri Prezident İlham Əliyevin mövqeyi və uzaqgörənliyi, xüsusən də onun Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri kimi oynadığı rol sayəsində dünyanın bu guşəsində inkişaf təmin edilib. İdman Azərbaycan cəmiyyətində xüsusi yer tutur. “Bakı-2015” idman tarixində yeni maraqlı səhifə olacaq”,- deyə AOK prezidenti vurğulayıb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət