Ukrayna prezidenti Pyotr Poroşenko bu il ərzində Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
“Bu il üçün böyük gündəlik hazırlayırıq. Ukrayna prezidenti Poroşenkonun səfəri də planlarımıza daxildir”, - deyə A.Mişenko bildirib.
O, həmçinin qeyd edib ki, cari ildə Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovun da Ukraynaya səfəri planlaşdırılır. Qeyd edilən səfərlərin tarixi iki ölkə prezidentlərinin administrasiyaları, parlament strukturları və Xarici İşlər nazirliklərinin kanalları ilə razılaşdırılacaq.
Diplomat vurğulayıb ki, P.Poroşenkonun Azərbaycana səfərindən öncə xarici işlər naziri Elmar Məmmədyarovun Ukraynaya səfəri və iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın Bakıda iclası nəzərdə tutulur. A.Mişenkonun sözlərinə görə, yalnız bundan sonra tərəflər Ukrayna prezidentinin Azərbaycana səfərinin konkret tarixinin müəyyən edilməsinə dair razılığa gələcəklər.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət