2014-cü ildə Azərbaycanda əlillər 26 minə yaxın reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə nazir Səlim Müslümov məlumat verib.
“Eyni zamanda əlillər 577 əlil arabası və 519 eşitmə aparatı ilə təmin olunub”, - deyə S.Müslümov 2014-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.
Nazir qeyd edib ki, 2014-cü il ərzində 7837 vətəndaşa müalicə-reabilitasiya xidməti göstərilib, 76 əlil vətəndaş və 85 fiziki qüsurlu uşaq xaricdə xüsusi müalicə kursu alıb.
İctimaiyyətlə əlaqələr şöbəsinin daha əvvəl verdiyi məlumata görə, ötən il ƏƏSMN tərəfindən əlilliyi olan şəxslər 25,899 min reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla, eləcə də 577 əlil arabası ilə təmin olunub.
Belə ki, hesabat dövründə ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən qeyd olunan şəxslərin 1051 ədəd aşağı ətraf, 173 ədəd yuxarı ətraf və 300 ədəd döş protezləri, 968 ədəd aşağı ətraf tutoru, 368 ədəd ortez-korset, 2261,5 cüt ortopedik ayaqqabı, 18497 ədəd yardımçı məmulat və s. ilə təminatı həyata keçirilib. Həmçinin 519 ədəd eşitmə aparatı əlilliyi olan şəxslərə təqdim olunub. Eyni zamanda 886 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən əlilliyi olan şəxslərin istifadəsinə verilib.
Bu dövrdə mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 707 nəfər əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilib. 2013-cü ilin dekabr ayında ƏƏSMN-in müvafiq əmrinə əsasən yaradılmış səyyar tibbi-texniki briqadalar tərəfindən ötən müddətdə 51 rayon üzrə 1564 nəfər əlilliyi olan şəxs səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin olunub.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət