2015-ci ildə Göygöl və Samux rayonlarında ümumilikdə 20 subartezian quyusu qazılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun məlumatına əsasən, ölkə başçısının sərəncamı ilə 2015-ci ildə Göygölün Quşqara kəndinin yeni salınan yaşayış massivi, Balçılı kəndi və Qrıxlı kəndlərində 9 ədəd subartezian quyusu qazılacaq. Həmçinin 4 ədəd nasos stansiyasının təmir olunması planlaşdırılır.
Onun sözlərinə görə, 2014-cü ildə rayonun suya ehtiyacı olan 6 kəndində 8 yeni subartezian quyusu qazılıb, 3 nasos stansiyası isə təmir edilib. Hazırda rayon üzrə 30 subartezian quyusunun qazılmasına ehtiyac var.
“Göygöldə 12 510 hektar əkinə yararlı torpaq sahəsi var və bu sahələrin suvarılmasında 197 subartezian quyusundan, 10 nasos stansiyasından və rayon ərazisindən keçən 3 təbii çay sularından istifadə olunur”, – deyə o qeyd edib.
Samux Suvarma Sistemləri İdarəsinin məlumatına görə, idarənin balansında 490 subartezian quyusu, 25 nasos stansiyası var. 2014-cü ildə 16 subartezian quyusu qazılıb, 400 nasos təmir edilib.
2015-ci ildə 11 subartezian quyusunun qazılması, 365-nin isə təmir olunması planlaşdırılır.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət