Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm potensialının Rusiya bzarlarında təbliğ edilməsi məqsədi ilə bu ölkədə nümayəndəlik açıb. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin cümə günü Milli Məclisin rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində məlumat verilir.
Turizm sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, eləcə də Azərbaycanın işgüzar turizm məkanı kimi tanıdılması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Konqreslər Bürosu yaradılıb.
Məqalədə qeyd edilir ki, ölkəmizə gələn turistlər üçün viza rejiminin sadələşdirilməsi turist axınına müsbət təsir göstərir.
Həmçininotel və mehmanxanaların sertifikatlaşdırılmasının yeni sistemində irəliləyişlər müşahidə olunur.
Hazırda ölkəmizdə gəlmə turizmlə məşğul olan 55 turizm şirkəti nazirlik tərəfindən akkreditasiyadan keçirilərək bu sistemə qoşulub.
2014-cü ildə nazirlik tərəfindən 62 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti ilə, 74 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.
Beləliklə, Azərbaycanda müvafiq lisenziya əsasında 272 turizm şirkəti, 300-dən çox mehmanxana fəaliyyət göstərir. Bundan başqa, “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”ına əsasən il ərzində ekspert qrupu tərəfindən 37 obyektə baxış keçirilib, dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 75-ə çatıb.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət