"Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun fevral sayı işıq üzü görüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlik Azərbaycanın turizm potensialının və tarixi, mədəni dəyərlərinin təbliği istiqamətində çoxlu sayda tədbirlər və layihələr həyata keçirir. Bununla əlaqədar olaraq Azərbaycan paytaxtının qonaqlarına şəhərin turizm imkanlarını, mədəni və tarixi abidələrini nümayiş etdirən “Baku Guide” layihəsi işlənib hazırlanıb.
Bələdçi kataloqunda Bakının küçə və meydanları, şəhər və şəhər ətrafındakı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları, keçirilən tədbirlər, konsertlər, sərgi, festival və bayramlar, hotel və restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, çağrı mərkəzlərinin əlaqə nömrələri və s. öz əksini tapıb.
Jurnalın bu sayında paytaxtın kinomərkəzlərinə, Bakı bulvarına, qış turizm növlərinə aid materiallar yerləşdirilib.
"Azərbaycan mətbəxi" rubrikasında oxucular daha bir ləzzətli milli yeməyimizin - yarpaq dolmasının hazırlanma qaydası ilə tanış olacaqlar.
Tarixi günlər bölməsində Xocalı soyqırımından söz açılır, bu faciənin bəşəriyyət əleyhinə cinayət olduğu bir daha əcnəbi qonaqların diqqətinə çatdırılır.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət