Azərbaycanda cəmiyyətin ailə və dini dəyərlərlə bağlı maarifləndirilməsinə zərurət var. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə keçirilən konfransda söyləyib.
Onun sözlərinə görə, ötən il DQİDK və AQUPDK arasında memorandum imzalanıb ki, bu sənəd “bizə bu istiqamətdə tədbirlər keçirməyə imkan verir”.
“İnsanların dünya görüşündə dini dəyərlərə qarşı mənfi və düzgün olmayan stereotip formalaşıb”, - deyə H.Hüseynova söyləyib.
O, bununla əlaqədar olaraq Azərbaycanda erkən nikah faktlarını qeyd edib.
“Qızlarını erkən nikaha daxil olmağa məcbur edən valideynlər öz əməllərinə dinlə haqq qazandırılar, bununla da dinə qarşı mənfi münasibət yaranır, baxmayaraq ki, bu məsələlərin birinin digərinə dəxli yoxdur”,- deyə komitə sədri bildirib.
Onun sözlərinə görə, həmçinin ailədə kişilərin xanımlarının karyera yüksəlişinə mane olma faktları da mövcuddur.
Bununla əlaqədar olaraq H.Hüseynova xüsusən ölkənin regionlarında maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
“Ailə cəmiyyətin əsasıdır, ailə dəyərləri də qorunmalı və müdafiə olunmalıdır. Dinə qarşı mənfi münasibətin, dinin terrorçuluq və ekstermizmin əsası və ya tərkib hissəsi kimi qəbul olunmasının qarşısını almaq üçün hamı birlikdə fəaliyyət göstərməlidir”,- deyə o qeyd edib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət