Təhsil naziri Mikayıl Cabbarov nazirliyin tabeliyində olan ali təhsil müəssisələrinin rəhbərləri ilə “Bakı-2015” Avropa Oyunlarına hazırlıq məsələlərini müzakirə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
M.Cabbarov oyunların uğurla keçirilməsinin vacib hissəsinin könüllülərin işi olduğunu və bu sırada tələbələrin xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, dünyanın müxtəlif ölkələrində böyük miqyaslı tədbirlərin keçirilməsinə tələbə könüllülərin cəlb olunması və bu işin koordinasıyası xüsusi əhəmiyyət kəsb edir. Bu fəaliyyət ictimai maraqlara xidmət etməklə bərabər, tələbələrin öz bacarıqlarını inkişaf etdirmək, iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmaq baxımından da faydalıdır.
Nazir bildirib ki, könüllü olacaq tələbələr müvafiq təlimlər keçəcək və tədbirlərdə iştirak tarixinə, vəzifə funksiyalarına və xidmət yerlərinə görə şərti olaraq 3 qrupa bölünəcəklər. Birinci qrup iyunun 12-də açılış və 28-də bağlanış mərasimlərində iştirak edəcək.İkinci qrupun köməyindən iyunun 1-dən 30-dək bütövlükdə Avropa Oyunları müddətində istifadə edilməsi nəzərdə tutulub. Üçüncü qrup isə hazırlıq işlərinə qatılacaq.
Qeyd edilib ki, bu fəaliyyətin koordinasiyası və Bakı Avropa Oyunları üzrə Əməliyyat Komitəsi (BAOƏK) ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün ali təhsil müəssisələrində əlaqələndirici nümayəndə təyin olunacaq.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət