Fevralın 7-də SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Ə.Əmirov adına NQÇİ-nin Elektrik avadanlıqlarının təmiri sexinin 5-ci dərəcəli elektrik montyoru həlak olub. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
Elektrik montyoru, 1974-cü il təvəllüdlü Yunus Güləliyev növbədə olarkən həmin gün iş növbəsində olmayan elektrik montyoru Rafiq Əhmədovun xahişi ilə şəxsi məqsədləri üçün yaxınlıqdakı “Qaradağ Maşınqayırma Zavodu” ASC-nin həyətində yerləşən və Ə.Əmirov adına NQÇİ-yə heç bir aidiyyəti olmayan 6 kV-luq yarımstansiyada ayırıcını açmaq istəyərkən gərginlik altına düşüb və saat 15:20 radələrində onun meyiti paylayıcı qurğuda aşkar edilib.
Məlum olub ki, Y.Güləliyev iş yerini rəhbərliyə məlumat vermədən və qanunsuz olaraq tərk edib.
Y.Güləliyevin meyiti Məhkəmə tibbi ekspertizasına aparılaraq müayinə olunub və onun elektrik cərəyanının təsiri nəticəsində öldüyü məlum olub. Hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət