“Halliburton” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində (BANM) seminar keçiriblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dan məlumat verilib.
Seminarın açılışında BANM-ın rektoru Elmar Qasımov məktəbin “Halliburton” şirkəti və Azərbaycanda fəaliyyət göstərən digər transmilli şirkətlərlə əməkdaşlıq əlaqələrinin vacibliyini vurğulayıb və 2014-cü ildə Bakı Ali Neft Məktəbi və "Halliburton" şirkəti arasında "Əməkdaşlıq haqqında Razılaşma"nın imzalandığını xatırladıb.
Seminarın əsas məqsədi “Halliburton” şirkətinin mütəxəssisləri və ARDNŞ-nin quyuların qazma və tamamlama işlərini həyata keçirən mühəndisləri arasında sıx iş birliyi qurmaq və onlara “Halliburton” şirkəti tərəfindən quyuların tamamlanmasında ən müasir və yüksək keyfiyyətli xidmət və avadanlıqlar təklif etməkdir.
İki gün ərzində “Halliburton” şirkətinin mütəxəssisləri tərəfindən seminar iştirakçılarına “Təhlükəsizlik məsələləri barədə məlumat”, “”Halliburton” şirkətinin quyuların tamamlanması vasitələrinin işinin təşkili və ümumi imkanları”, “Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsinin neft sənayesində vacibliyi”, “Qlobal mühitdə istifadə olunan müxtəlif tamamlama layihələri”, “Tamamlamada axının idarə olunması”, “Halliburton şirkətinin məhsul xidmətləri şəbəkəsi və Xəzər regionunda imkanları”, “Qumla mübarizə metodları və süzgəclər” və digər mövzularda təqdimatlar keçirilib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət