“VTB Bank (Azerbaijan)”ASC Bakıda filial şəbəkəsinin genişləndirir. Bu barədə bankın məlumatında deyilir.
“VTB Bank (Azerbaijan)” sayı sürətlə artmaqda olan müştərilərə operativ xidmət göstərmək məqsədi ilə Bakı şəhərində daha bir filial açıb. “Neftçilər” filialı əhalinin sıx məskunlaşdığı yerlərdən birində - Qara Qarayev 53 ünvanında, “Neftçilər” metro stansiyasının çıxışında yerləşir”, - deyə bankın məlumatında qeyd edilir.
Bu, bankın 14-cü, Bakıda isə 11-ci filialıdır.
“Yeni filialın açılışı bizə hər müştəriyə daha da yaxın olmağa imkan verəcək. Biz filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bu il əsas diqqət regionlarda filiallarımızn açılışına yönələcək”, - deyə “VTB Bank (Azerbaijan)” ASC-nin İdarə Heyətinin sədri Yuri Yakovlev filialın təntənəli açılış mərasimində çıxışı zamanı bildirib.
Yeni filialda bankın müştərilərinə geniş çeşidli bank məhsulları təklif olunacaq, sərfəli şərtlərlə kreditlər, depozitlər, pul köçürmələri, kommunal ödənişlər üzrə xidmətlər göstəriləcək.
Azərbaycan Mərkəzi Bankı 2009-cu ilin mart ayında “VTB Bank (Azerbaijan)" ASC-yə bank fəaliyyəti üçün lisenziya verib. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət