Azərbaycan Mərkəzi Bankı (AMB) 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikivalyutalı səbətdən istifadəyə keçir. Bu barədə bankın məlumatında deyilir.
“Mərkəzi Bankın İdarə Heyəti məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib”, - deyə məlumatda qeyd edilir.
Məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu ikivalyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək.
AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov “The Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan milli valyutanın - manatın dollardan asılılığından imtina etməyi planlaşdırır və tədricən daha çevik məzənnə siyasətinə keçmək niyyətindədir. Bununla yanaşı, o vurğulayıb ki, valyutanın istənilən zəifləməsi tədricən baş verəcək və AMB “əhalinin maraqlarını nəzərə alacaq”.
E.Rüstəmovun sözlərinə görə, AMB dollar və avronun daxil olduğu səbətin hədəflənməsi xeyrinə manatın dollardan asılılığını ləğv etməyi planlaşdırır. Bu zaman avronun payı 20-30% təşkil edəcək.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət