Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasına Azərbaycanın qədim tarixini, zəngin maddi və mənəvi mədəniyyətini özündə ehtiva edən maraqlı arxeoloji eksponat təhvil verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Eksponat 1984-cü ildə Şəmkirçay və Gəncəçay arasındakı Qaracəmirli kəndi yaxınlığında yerləşən 1 saylı kurqanda aparılan arxeoloji qazıntılar zamanı aşkarlanıb.
Arxeoloji tapıntı ağzının kənarlarındakı yuvalara dörd quş fiquru keçirilmiş çölmək tipli qabdan ibarətdir.
Təəssüf ki, qabın əsli muzeyə təhvil verilməyib. Hazırkı qab əslinin qrafik təsviri əsasında muzeyin Bərpa laboratoriyasında bərpaçı-rəssam Əmiryusif Zəvərov tərəfindən gipsdən düzəldilib və qara boya ilə rənglənib.
Qabın, əsasən ayin məqsədləri üçün istifadə olunduğu ehtimal olunur.
Eksponat Azərbaycanın qədim sakinlərinin ideoloji təsəvvürləri, dəfn adətləri, məşğuliyyətlərinin öyrənilməsində, eləcə də arxeoloji əsərlərin yazılmasında qiymətli əşyavi mənbə rolunu oynayacaq.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət