Azərbaycan iqtisadiyyatında cari proseslər, o cümlədən manatın məzənnəsi ilə bağlı vəziyyət ölkənin pensiya sisteminə mənfi təsir göstərmir. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev çərşənbə günü Xəzər-Avropa Klubunun (Caspian European Club) biznes forumu çərçivəsində bildirib.
“Bazar iqtisadiyyatı şəraitində pensiya sistemi fiskal təsirlərdən müdafiə mexanizmlərinə malikdir. Qanunvericiliyə əsasən, biz hər il pensiyaların inflyasiyaya uyğun olaraq indeksləşdirilməsini aparırıq”, - deyə E.Mehdiyev bildirib.
O qeyd edib ki, neftin qiymətlərinin ucuzlaşması fondun büdcə göstəricilərinə təsir etmir.
2006-cı ildən etibarən fondun gəlirləri 5,2 dəfə artıb. DSMF-in 2014-cü il büdcəsi profisitlə icra olunub.
“2015-ci ilin yanvar və fevral aylarında biz qrafiki qabaqlayaraq pensiyaların maliyyələşdrilməsini başa çatdırmışıq”, - deyə E.Mehdiyev qeyd edib.
DSMF sədri etiraf edib ki, pensiyaların verilməsi zamanı bankomatların qarşısında müəyyən gərginlik müşahidə etmək mümkündür. “Bu, pensiyaların maliyyələşdirilməsində problem kimi qiymətləndirilməməlidir. Bu, pensiyaların köçürüldüyü gün vətəndaşların onu nağdlaşdırmaq cəhdləri ilə əlaqədardır. Bu məsələnin tənzimlənməsi məqsədilə DSMF bir neçə variantı nəzərdən keçirir - plastik kart sahiblərinə müxtəlif bankların bankomatları vasitəsilə komissiyasız pensiya əldə etmək imkanının yaradılması, nağdsız ödənişlər şəbəkəsinin genişləndirilməsi və pensiyaçılar arasında bu cür ödənişlərin təşviqatının aparılması”, - deyə E.Mehdiyev qeyd edib.
A.Axundov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət