SSRİ xalq artisti, Azərbaycanın opera müğənnisi Xuraman Qasımova “O səs Türkiyə” musiqi yarışmasında (“The Voice” layihəsinin analoqu) qalib gəlmiş Elnur Hüseynovun xaricdə parlaq gələcəyinin olacağına əmindir.
“E.Hüseynov çox istedadlı, məqsədyönlü insandır”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə gənc ifaçının qələbəsi ilə bağlı şərh verərkən qeyd edib.
“Biz Fidan xanımla (Fidan Qasımova - SSRİ xalq artisti, X.Qasımovanın bacısı) Elnura görə çox şadıq və onu ürəkdən təbrik edirik. Biz onu hələ yeniyetməlik yaşlarından tanıyırıq. Biz bacımla ona səsi ilə bağlı problemlərində kömək etmişik. Onun gözəl səsi, geniş səs imkanları var. Elnur Bakıda kontr-tenor diapazonunda ifa edən ilk müğənnidir, onun kişi üçün çox nadir, demək olar ki, üç oktava səsi var”,- deyə müğənni qeyd edib.
Onun sözlərinə görə, müğənni F.Qasımova və Sevda Məmmədovadan vokal dərsləri alıb. “O heç bir vaxt əldə olunmuş nailiyyətlərlə kifayətlənmir, öz üzərində işləyir, bu isə istənilən artist üçün çox yaxşı keyfiyyətdir”,- deyə X.Qasımova qeyd edib.
“Təsəvvür edirsinizmi, o, Türkiyə kimi bir ölkədə qalib gəlib, onların özlərinin kifayət qədər istedadlı artistləri var, Elnur onları təəccübləndirməyi bacardı”, - deyə X.Qasımova qeyd edib.
Müğənni söyləyib ki, E.Hüseynov çox təvazökar insandır, “heç kimdən heç nə istəmir, hər şeyə özü nail olub”.
Onun Azərbaycanda perspektivləri barədə sualı cavablandıran X.Qasımova söylyib ki, “seçim Elnurun əlindədir”.
“Biz burada onun qalmasını istəsək də, etiraf etməliyik ki, Azərbaycanda prodüsser işi Türkiyədə olduğu qədər yaxşı təşkil olunmayıb. Bizdə istedadlarla işləməyi, onları inkişaf etdirməyi bacarmırlar”, - deyə X.Qasımova qeyd edib. Bununla yanaşı, müğənni bildirib ki, o və bacısı da əvvəlcə Azərbaycandan kənarda tamaşaçı sevgisi qazanıblar, daha sonra Azərbaycanda tanınıblar.
“Elnur Türkiyədə obyektiv qələbə qazanıb. Onda səhnə üçün lazım olan hər şey var: o, səhnədə gözəl hərəkət edir, gözəl səsə malikdir”, - deyə xalq artisti bildirib.
Xatırladaq ki, dünən E.Hüseynov Türkiyədə keçirilən “O səs Türkiyə” müsabiqəsində birinci yeri tutub.
E.Hüseynov “Eurovison” mahnı müsabiqəsində Azərbaycanı ilk təmsil etmiş duetin iştirakçısıdır. 2008-ci ildə onun Samir Cavadovla birgə ifa etdiyi “Day after Day” mahnısı ilə Azərbaycan Belqradda keçirilən mahnı müsabiqəsində 8-ci yeri tutmuşdu.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət