Cümə axşamı Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimovun “İşğal vadisi” kitabının təqdimat mərasimi keçirilib.
“Bir neçə gündən sonra biz Azərbaycanın tarixində unudulmaz faciə kimi yadda qalmış və son 200 ildə ermənilərin azərbaycanlılara qarşı yürütdüyü təcavüzkar siyasətin kulminasiyası olan Xocalı soyqırımının 23-cü ildönümünü qeyd edəcəyik”, - deyə Mətbuat Şurasının sədri Əflatun Amnaşov bildirib.
Onun sözlərinə görə, artıq 15-ə yaxın ölkənin parlamentləri Xocalı soyqırımını tanıyıb.
“Martın 31-i azərbaycanlıların soyqırımı günüdür. Y.Kərimovun “İşğal vadisi” kitabı Azərbaycan xalqının tarixi və son 200 ildə ermənilərin təcavüzkar və işğal siyasəti nəticəsində xalqımızın başına gələn bəlalardan bəhs edir”, - deyən Ə.Amaşov əlavə edib ki, Y.Kərimov 20-yə yaxın kitabın müəllifidir.
Ə.Amaşov bildirib ki, Mətbuat Şurası Türkiyənin Azərbaycandakı səfirliyi ilə birlikdə Azərbaycanlıların soyqırımı gününə və tarixi Çanaqqala savaşında qələbənin ildönümünə həsr olunmuş bir sıra tədbirlər keçirməyi planlaşdırır.
“Tədbirlər çərçivəsində azərbaycanlı və türkiyəli jurnalistlərin qarşılıqlı səfərləri planlaşdırılıb. Türkiyə KİV nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində Qubada böyük konfrans keçiriləcək”, - deyə o qeyd edib.
Təqdimatda iştirak edənlər Y.Kərimovun kitabının əhəmiyyətini vurğulayaraq qeyd ediblər ki, “o, öz personajlarının taleyini ustalıqla qələmə alaraq Azərbaycan xalqının məişətini və taleyinə düşən çətinlikləri çox maraqlı təsvir edə bilib”.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət