2014-cü ilin noyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərə məxsus “Mi-24” hərbi helikopterinin və 2015-ci ilin yanvar ayında pilotsuz uçuş aparatının vurulması cəbhəyanı rayonlarda yaşayan sakinlərin Azərbaycan Ordusuna inamını daha da artırıb.
Qarabağ cəbhə zonasındakı məktəblərə ezam edilmiş “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri ilə söhbətdə Ağcabədi və Ağdam sakinləri bu fikirləri bölüşüblər.
Ezamiyyət Təhsil Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən Xocalı faciəsinin 23-cü ildönümü ərəfəsində təşkil olunub.
“Qoy Ermənistan düşünməsin ki, onun işğalçı qoşunları irəliləyəcək və biz evlərimizi tərk edəcəyik. Biz onlardan qorxmuruq. Bizim ordumuz, müvafiq silahlarımız və texnikamız var”, - deyə Ağdam rayonunun Çəmənli kənd məktəbinin müəlliməsi Nəzakət Əliaslanova bildirib.
O, Ermənistan rəhbərliyinə və Azərbaycanın işğal edilmiş ərazisində yerlşən erməni qoşunlarına üz tutaraq bildirib ki, qonşu dövlətə qarşı təcavüz siyasəti Ermənistanın mövcudluğunu sual altına qoyur.
“Qoy Ermənistan hakimiyyəti, onun işğalçı qoşunları düşünməsinlər ki, onların qanunsuzluq törətmək üçün lisenziyaları var. Müxtəlif dövrlərdə, müxtəlif platformalarda əldə edilmiş razılıqları kobud şəkildə pozmaq və götürülmüş öhdəliklər üzrə məsuliyyətdən qaçmaq Ermənistanın dövlət kimi mövcudluğunu sual altına qoyur”, - deyə N.Əliaslanova qeyd edib.
“Ağdamın bütün əhalisi Azərbaycan Ordusunun qüdrətini görür. Düşmənin hərbi helikopterinin və pilotsuz uçuş aparatının, digər texnika və canlı qüvvəsinin məhv edilməsindən sonra ordumuza olan inam daha da möhkəmləndi”,- deyə o vurğulayıb.
Kənd sakinləri qeyd edirlər ki, cəbhənin bu hissəsində atəşkəs rejiminin pozulması normaya çevrilib.
“Hətta uşaqlar da evlərin atəşə tutulmasına adət ediblər. Ermənistan tərəfi atəşkəs rejimini gündə bir neçə dəfə pozur. Əgər əvvəllər atəşkəs gecələr pozulurdusa, indi onlar bunu gündüzlər də edirlər. Üstəlik, onlar iriçaplı silahlardan istifadə edirlər, çünki adi silahlarla 1 km-dən uzaqda yerləşən təsərrüfatlarımıza ziyan vurmaq mümkün deyil”,- deyə kənd sakinləri qeyd edirlər.
Bu yaşayış məntəqəsində onu da bildiriblər ki, yayda ermənilər sahələri, çölləri yandırılar, bunun nəticəsində onların ərazilərindəki ilanlar azərbaycanlıların torpaqlarına, evlərinə sürünüb gəlirlər ki, bu da yerli sakinlər üçün əlavə təhlükə mənbəyidir.
Çəmənli kənd məktəbinin müəllimi Etibar Həsənov da kənd sakinlərinin fikirləri ilə razılaşaraq, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin tez-tez pozulduğunu söyləyir.
“Biz artıq buna alışmışıq. Lakin qeyd etməliyəm ki, düşmən tərəfinin adi silahlardan atdığı güllələr məktəbə gəlib çatmır. Lakin iriçaplı silahlardan istifadə edilərsə....”,- deyə E.Həsənov bildirib.
O, həmçinin bəzi KİV-lərin Çəmənli kənd sakinlərinin 2014-cü ilin avqust ayında yaranmış gərginlik zamanı evlərini tərk etmək istəmələri barədə yaydıqları yalan məlumatlara da aydınlıq gətirib.
“2014-cü ilin avqust ayında kənd sakinlərinin öz yurdlarını tərk etmək istəmələri barədə deyilənlər boş sözlərdir. Əksinə insanlar könüllü şəkildə Azərbaycan Ordusunun sıralarına qoşulmaq və düşməni işğal edilmiş ərazilərdən çıxarmaq istəyirdilər”, - deyə o qeyd edib.
Eyni zamanda Ağdam rayon Təhsil Departamentinin rəhbəri Elmira Şükürova kənd sakinlərinin fikirlərini təsdiq edərək söyləyib ki, rayonun bir sıra kənd məktəbləri təmas xətti yaxınlığında yerləşir.
“Çəmənli, Səfərli, Hacıməmmədli, Qaradağlı, Evoğlu, Bənövşələr, Çıraqlı - bu kəndlərə ermənilər tərəfindən açılan güllələr məktəblərə qədər gəlib çatır. Buna baxmayaraq, biz təhsil sistemini pozmamağa çalışırıq və gördüyünüz kimi, bu məktəblərdə də Bakı məktəblərində yaradılmış şərait yaradılıb”, - deyə E.Şükürova qeyd edib.
Onun sözlərinə görə, Ağdam məktəblərinin 563 məzunundan 343-ü ölkənin müxtəlif ali məktəblərinə daxil olub, bir nəfər isə qəbul zamanı ən yüksək bal - 700 bal. toplayıb
“Böyük problemlərimiz yoxdur. Yeganə problem bizim 22 kəndimizin işğal altında olmasıdır”,- deyə o əlavə edib.
Məktəblərə gəlincə, “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin müşahidələrinə əsasən, onların əksəriyyəti əsaslı şəkildə təmir edilib və müasir avadanlıqla təchiz olunub. Məktəblərin dəhlizlərində Ağdam və Ağcabədi rayonlarından olan şəhidlərin və milli qəhrəmanların portretləri asılıb, onlar haqqında məlumatlar verilib, həmçinin 20 Yanvar və Xocalı soyqırımı haqqında stendlər hazırlanıb.
Təqdirəlayiq haldır ki, bu iki rayondan olan şəhidlərin şəkilləri ilə yanaşı, divarlardan 2010-cu ilin yayında təkbaşına düşmənin mövqeyinə daxil olaraq onun çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv etmiş Milli Qəhrəman, praporşik Mübariz İbrahimovun da şəkilləri yer alıb.
Məktəblərin divarlarında bu ilin sentyabr ayında Tərtər rayonunun Çiləburt kəndində düşmənlə döyüşdə həlak olmuş baş leytenant Fərid Əhmədovun da şəkilləri və onun haqqında məlumat lövhəsi asılıb.
Cəbhəyanı zonalarda yaşayan bu insanlar hər gün həyatları ilə risk edirlər. Onların ölkənin inkişafına verdikləri töhfə əvəzsizdir. Çətin şəraitdə, başları üzərindən hər gün düşmən güllələri keçərkən belə, şücaət göstərərək biliklərini gələcək nəsillərə ötürməklə onlar vətənə xidmət edirlər.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət