Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İsrail Təbiət və Humanitar Elmlər Akademiyası (İTHEA) arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Sənəd AMEA prezidenti Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyətinin İsrailə səfəri çərçivəsində imzalanıb.
İTHEA prezidenti, akademik Rut Arnon 1961-ci ildə Qüdsdə fəaliyyətə başlamış İTHEA-nın tarixi haqqında qonaqlara məlumat verib.
O qeyd edib ki, İsrailin yüzdən artıq tanınmış alimini bir araya gətirən İTHEA ölkənin geologiyası, flora və faunasının öyrənilməsi, Talmud, yahudi fəlsəfəsi, ədəbiyyatı və ivritin araşdırılmasına yönəlmiş layihələri mailiyələşdirir. Akademik R.Arnon bildirib ki, İTHEA müxtəlif beynəlxalq layihələrdə iştirak etməklə yanaşı, həm də Eynşteyn Təqaüd Fonduna rəhbərliyi həyata keçirir.
Sonra AMEA prezidenti akademiyanın 70 illik tarixi haqqında geniş məlumat verib.
Görüş çərçivəsində İTHEA üzvlərinə Azərbaycanda fundamental elmlərin inkişafı, AMEA-nın strukturu, eləcə də respublikada elmə və alimlərə göstərilən diqqətdən bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra AMEA nümayəndə heyətinin iştirakı ilə İsrailin ən iri elm və təhsil mərkəzi və dünyanın tanınmış universitetlərinin siyahısında ilk yüzlüyə daxil olan Qüds Universitetində görüş keçirilib. İsrailin ilk təhsil müəssisəsi olan universitetin vitse-rektoru, doktor Oron Şaqrir ilə görüşən nümayəndə heyəti universitetin laboratoriyaları ilə də yaxından tanış olublar.
Səfər çərçivəsində alimlərimiz Qüds şəhərinin görməli yerlərindən olan İbadət dağını, islam mədəniyyətinə məxsus Qübbətüs-Səhra və əl-Əqsa məscidlərini ziyarət ediblər.
AMEA nümayəndə heyətinin İsrailə səfəri davam edir.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət