Avropa Olimpiya Komitəsi (AOK) və “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) Azərbaycan tərəfinin yarışda iştirak edəcək milli olimpiya komitələrinin maliyyələşdirməsinə dair məsələyə aydınlıq gətirib.
AOK və BEGOC-un birgə açıqlamasında qeyd olunur ki, Yay və Qış Olimpiya Oyunlarında, həmçinin belə miqyaslı digər qlobal yarışlarda verilən oxşar dəstək (qrantlar), eyni zamanda, Azərbaycanda ilk dəfə keçirilməsi nəzərdə tutulan ilk Avropa Oyunları ilə bağlı aparılan danışıqların ilkin mərhələsində əhəmiyyətli hissələrdən birini təşkil edib.
“Şübhəsiz ki, bu tələb təşkilatçı şəhərlə müqavilənin və AOK tərəfindən “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin üzərinə qoyulan öhdəliyin bir hissəsi olub. İştirakçı idmançılar və müşayiətçi rəsmi şəxslərin sayına əsasən hesablanan qrantlar yarışlarda iştirak edən 50 Avropa Milli Olimpiya Komitəsinin hamısına bərabər şəkildə şamil edilir”, - deyə sənəddə vurğulanır.
Həmçinin məlumatda qeyd olunub ki, Oyunlardan sonra Avropa Olimpiya Komitəsi (AOK) rəhbər qurum olaraq yarışın gəlirlərindən əldə edilən 2,5 mln. avro məbləğində vəsaiti, Beynəlxalq Olimpiya Komitəsi (BOK) kimi eyni qaydada Oyunların proqramına daxil edilmiş bütün idman növləri üzrə Avropa milli olimpiya komitələri və federasiyaları arasında böləcək.
“İdmançılar istənilən böyük yarışının əsasını təşkil edirlər. Bu məqsədlə, yarışlarda iştirak edən idmançıların maliyyələşdirilməsinə görə məsuliyyət daşıyan qurumların müvafiq qaydada ödənişlə təmin edilməsi qanunidir və məqsədə uyğundur”, - deyə AOK və BEGOC-un birgə açıqlamasında vurğulanır.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət