Bakı Olimpiya Stadionu dünya idman tarixində ilk Avropa Oyunlarının keçirilməsinə tam hazırdır. Bunu gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov söyləyib.
“Azərbaycanda çoxlu şayiələr gəzir. Hər gün Avropa Oyunlarına zərbə vurmaq üçün nəsə uydurulur. Mən bunu başqa cür izah edə bilmirəm”,- deyə A.Rəhimov çərşənbə günü keçirilən mətbuat konfransında yeni tikilmiş Olimpiya Stadionunda problemlərin yaranması ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatları şərh edərkən söyləyib.
Onun sözlərinə görə, KİV-lərədə stadionda guya problemin olması ilə bağlı xəbəri araşdırmaq üçün Fövqəladə Hallar Nazirliyi və digər dövlət strukturlarının nümayəndələrindən ibarət xüsusi komissiya yaradılıb.
“Hazırda stadionda çox böyük və vacib iş aparılır. Burada Avropa Oyunlarının möhtəşəm açlış mərasimi keçiriləcək”,- deyə nazir qeyd edib.
Onun sözlərinə görə, əgər stadionda hər hansı texniki problem olsaydı, bu dəqiqə orada onlarla mütəxəssis oyunların tele, radio vəelektron yayımı üçün min metrlərlə xəttin çəkilməsi ilə məşğul olmazdı.
“Bundan başqa, əgər stadionda hansısa problem yaranmış olsaydı, o cümlədən də çatlar əmələ gəlsəydi, heç kim orada işləyərək həyatını riskə atmazdı. Məlum olduğu kimi, hətta ən kiçik çatların müəyyən olunması üçün xüsusi mayaklardan istifadə olunur. Stadionda çatlar olmadığı üçün mayakların istifadə olunmasına da ehtiyac yoxdur”,- deyə nazir vurğulayıb.
A.Rəhimov deyib ki, stadionun istifadəyə verilmiş bütün hissələri ekspertizadan keçib və heç bir nöqsan qeydə alınmayıb.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət