Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ qızıl balıqyetişdirmə zavodunda 400 mindən artıq körpə balıq əldə olunub, bununla da 1969-cu ilin rekord göstəricisi təkrarlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Ötən il Xəzər dənizində və Kür çayında qızıl balıq növlərinin artırılması məqsədilə zavodda 90 min balıq artırılıb və su hövzələrinə buraxılıb.
Hazırda zavodda kürüalma mövsümü başa çatıb.
Zavodda artıq çəkisi 0,5 qram olan körpə balıqlara mütəmadi olaraq prosedur qaydalar həyata keçirilir. Belə ki, balıqlar gündə 4 dəfə yemlənir və həftədə bir dəfə olmaq şərti ilə duzlu suda yuyularaq yoluxucu xəstəliklərdən dezinfeksiya olunur. Körpə balıqların çəkisi 1 qram olduqda balıqlar saxlanıldıqları hovuzlardan çıxarılaraq dairəvi hovuzlara köçürülür. Körpə balıqlar 5-6 qram olduqdan sonra farel kanallarına köçürülür, burada15-17 qram çəkiyə qədər yetişdirilib Qaradağ təcrübə sınaq zavoduna göndərilir.
May ayında yemlənən balıqlar 60-80 qram çəkiyə çatdıqdan sonra isə Xəzər dənizinə və Kür çayına buraxılır.
Bu il ilk dəfə olaraq Xəzər dənizinə 150 mindən artıq körpə balığın buraxılması nəzərdə tutulub.
İ.Əhmədov
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət