"Azər-İlmə" MMC xalçaçılığa dair yeni “Qazax-Borçalı bölgəsinin xalçaçıları” adlı kitab-kataloq hazırlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MMC-dən məlumat verilib.
“Azər-İlmə”nin rəhbəri, əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun rəhbərliyi ilə reallaşan “Azərbaycan xalçaları bütün qrupları ilə” adlı fundamental elmi-tədqiqat layihəsi çərçivəsində hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyində dərs vəsiti kimi qeydiyyatdan keçmiş kitab Azərbaycan, rus və ingilis dillərində nəfis tərtibatla işıq üzü görüb.
Kitabın ön sözünün müəllifi və elmi redaktoru, akademik Teymur Bünyadovdur. Redaksiya heyətinə Azərbaycanın və Gürcüstanın tanınmış tarixçiləri, etnoqrafları və sənətşünasları daxildir.
Xatırladaq ki, “Azər-İlmə”nin Azərbaycanın xalçaçılıq mərkəzləri üzrə apardığı ekpedisiya tədqiqatlarına dair ilk nəşri “Naxçıvan xalçaçıları” (Azərbaycan, rus və ingilis dillərində, 2013) adlanırdı. Bu dərs vəsaitində Azərbaycan xalçalarının Qazax-Borçalı qrupunun coğrafi sərhədlərinə müvafiq olaraq, respublikamızın Ağstafa, Qazax, Tovuz, həmçinin Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan Bolnisi (Çörük Qəmərli), Dmanisi (Başkeçid),Tetri-Skaro (Ağbulaq), Zalqa (Barmaqsız), Marneuli (Sarvan) rayonlarının xalçaçıları, xalçaları, xalça tacirləri, boyaqçıları haqqında məlumatlar əhatə olunub.
“Müəllifdən”, “Qazax-Borçalı bölgəsinin tarixinə dair” olan bölmələr oxucuya kitabın məqsəd və məramı, ekspedisiya tədqiqatları, o cümlədən ayrı-ayrı rayonların tarixi keçmişinə dair maraqlı informasiya mənbəyidir. “Azər-İlmə”nin kolleksiyasında saxlanılan Qazax-Borçalı bölgəsinə aid qədim, müxtəlif kompozisiyalı, rəngarəng xovlu və xovsuz xalçaların, xalça məmulatlarının fotoşəkilləri və bu qrup üçün səciyyəvi olan simvolların şərhi də kitab-kaqaloqa daxil edilib.
Kitab-kataloq tarixçilər, etnoqraflar, sənətşünaslar, xalça mütəxəssisləri, ali və orta ixtisas məktəblərinin tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət